Yeni MAN TGL paylayıcı nəqliyyatda – ümumi baxış

Paylayıcı nəqliyyatda MAN TGL

Yüksək istismar, kiçik dönmə diametri

IAA 2016 sərgisində paylayıcı nəqliyyat üçün yeni MAN TGL təqdim olunur: Daha artıq təhlükəsizliyin qayğısına elektron əyləc sisteminə (EBS) və əyləc yardımçısına (EBA) malik olan, eləcə də seriya üzrə yağış sensoru və avtomatik işıq tənzimləyici ilə təchiz edilmiş ən yeni nəsil MAN BrakeMatic® qalır. Profi-Navy ilə MAN (MMT) multimedia sistemi və yeni oturacaqlar və sükanlar sürücü kabinəsində rahatlığı daha da artırır. Zahiri görünüş və daxili sahə ümumi bir dizayn xəttini tamamlayır. Isti tonlarda və qara fonda görünən şir loqosu ilə dizayn edilmiş daxili sahə əlavə olaraq seçilə bilən dekorativ elementlərlə fərdiləşdirilə bilər.

Sahibkarları və sürücüləri eyni zamanda həm yeni MAN TGL-in yüksək daşıma qabiliyyəti, həm yanacağın qənaətli istifadəsi, həm də asan idarə edilməsi cəlb edir. Paylayıcı nəqliyyat üçün yük maşını yenidən yüksək hərəkət dinamikası və manevretmə qabiliyyəti ilə önə çıxır. Bununla MAN TGL, şəhərdaxili və paylayıcı nəqliyyatda üzləşilən gündəlik çətinlikləri asanlıqla keçə bilmək üçün hər şeyə malikdir.

7,5 – 12 tonadək effektivlik: Bütün yük avtomobilləri səmərəli fəaliyyət göstərir və aşağı öz çəkisi sayəsində paylayıcı nəqliyyata böyük yüklərin daşınması üçün müvafiqdir. MAN TGL tamamilə xüsusi tətbiq sahəsinə görə quraşdırıla bilər: misal üçün özübolşadan, içkilərə görə quraşdırılan yük avtomobili, soyuducu yük avtomobili, kommunal xidmət nəqliyyat vasitəsi və ya duzsəpən kimi.

Hamısını açHamısını bağla