Yeni MAN TGX uzaq yol nəqliyyatında – texniki göstəricilər

MAN TGX Texniki göstəricilər: D2076 Avro 6 mühərriki

Yeni MAN TGX – Lkw-mühərriklərinin texniki göstəriciləri

Tam yüklü vəziyyət, öncədən tam güc performansı: Beynəlxalq uzaq məsafəli yol nəqliyyatında hər şeydən öncə qənaətcillik dedikdə, zaman və yanacaq faktorları həlledici rol oynayır. Məhz ona görə ki, yanacaq xərcləri bir qayda olaraq bütün istehsalat xərclərinin 1/3 hissəsini təşkil edir. Buna görə də Siz, daha səmərəli MAN TGX mühərrikləri ilə xeyli pul vəsaitinizə qənaət etmiş olacaqsınız: Çünki yeni MAN TGX mühərrikləri hər bir litr yanacaqla daha çox məsafə qət edirlər. MAN Truck & Bus saysız-hesabsız tədbirlərlə öz mühərrik proqramını təkmilləşdirmişdir. Yaxşı olar ki, Siz özünüz bundan əmin olasınız və yeni MAN TGXmühərriklərinin texniki parametrlərinə nəzər salasınız.

Yeni MAN TGX – texniki göstəricilər: Sübut olunmuş mühərrik texnologiyasının yeni kombinasiyası

  • Seçim üçün altı silindrli Common Rail Mühərrikləri vardır: 360 A.G yeni D20, 420 – 500 A.G yeni D26, eləcə də, 6 silindrli 540, 560 və 640 A.G yeni D38 seriyası.
  • Yeni MAN TGX mühərrikləri, öz texniki parametrləri ilə Avro 6 standartlarına cavab verirlər.
  • Transmissiyadakı saysız-hesabsız təkmilləşmələr yeni D26 və D38 TGX mühərriklərində fırlanma anının 200 Nm-ə qədər sinxron artımı zamanı daha az yanacaq sərfiyyatı və 20 A.G daha artıq performans sərgiləyərək daha yüksək yürüş komfortu verir. Yeni D26 və D38 mühərrikləri ilk öncə hidrotəmizlənmiş bitki yağları (Hydrotreated Vegetable Oils HVO) ilə çalışa bilərlər.

  İşçi həcmi
D2066 10,5 l
265 kV (360 A.G), 1.800 Nm  
D2676 12,4 l
309 kV (420 A.G), 2.100 Nm  
338 kV (460 A.G), 2.300 Nm  
368 kV (500 A.G), 2.500 Nm  
D3876 15,2 l
397 kV (540 A.G), 2.700 Nm  
427 kV (580 A.G), 2.900 Nm  
471 kV (640 A.G), 3.000 Nm  

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Yükünüzü daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

Uzaq məsafələr üçün MAN TGX-nin mövcud sistemləri:

Çoxfunksiyalı Sükan Çarxı

Məsafəni tənzimləyən tempomat

Davamlı Amortizasiya Kontrolu (CDC)

Elektroniki stabilizasiya proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Fövqəladə halda əyləc köməkçisi (EBA)

MAN BrakeMatic®

MAN Səmərəlilik sistemləri

Əgər daha səmərəlidirsə, deməli hədəf məntəqəsinə daha yaxşı gəlib çatıb: MAN səmərəlilik sistemləri nəqliyyat xərclərinə qənaət edərək, TGX ilə Sizi hədəfə daha komfortlu şəkildə çatdıracaqlar.
GPS dəstəkli MAN EfficientCruise® kruiz kontrolu yanacaq istifadəsini altı faizədək azaldır.
MAN HydroDrive®-ın əlavə dartma qüvvəsi küçə nəqliyyat vasitələrini və yolsuzluq avtomobillərini yolda qoymaz.
Həmçinin 12 ötürücülü avtomat MAN TipMatic® transmissiyası da yürüş dinamikasını yayınmasız bir yürüşə qədər təmin edir.

GPS ilə dəstəklənən kruiz kontrol

MAN HydroDrive®

MAN TipMatic®