Die MAN TGX PerformanceLine Edition.

MAN PerformanceLine Edition: Ekskluzivlik performansla qarşılaşır

Ekskluzivlik performansla qarşılaşır

MAN TGX PerformanceLine Edition özünün görünüşü və performansı ilə hər kəsi cəlb edir. MAN TGX yük maşınlarının yeni nəslinin ekskluziv buraxılışı daha çox güc, daha gözəl dizayn və daha artıq performans deməkdir. MAN ən yüksək güc, ən yüksək təchizat və ən yüksək rahatlığı bir avtomobildə birləşdirir.

MAN D38 mühərrikinin 640 A.G (471 kV) hərəkət mexanizminin yüksək gücünü təmin edir. Altı silindrli mühərrikin yeni nəsli aşağı fırlanma sayında yüksək fırlanma anına malik olması ilə seçilir. Artıq 900 dövr/dəq başlayaraq 3.000 Nm mövcud olur. Bu isə daha az yanacaq sərfiyyatı və daha az CO2-buraxmaqla güclü sürməni təmin edir.

Premium mühərrik xüsusiyyətlərinə müvafiq olaraq sürücü kabinəsi də MAN yüksək sinfinə uyğundur: Naviqasiya və səs paketi daxil olmaqla multi-media sistemi, pnevmatik oturacaq, qiymətli dəridən sükan, oturacaq üzlükləri və daxili interyer. Tünd mavi dekorativ alüminium bəzəklər, mavi kontrast tikişlər və MAN aslan fiquru dizaynın əsas aksentləridir.

Yüksək keyfiyyətli təchizat MAN TGX xüsusi buraxılışının xarici görünüşünü də müəyyən edir. Buraya həm də soyuducnun və güzgülərin antrasit laklı müdafiə qatı, xrom aplikasiyalar və ya ön şüşənin qarşısında günəşdən müdafiə kimi əlavələr də daxildir.

MAN TGX PerformanceLine Edition seriyasının hər bir avtomobili üçün Nürburqrinq yarış xəttindəki Truck Race yarışı və digər ekskluziv paketlər nəzərdə tutulub. MAN TGX PerformanceLine Edition ilə öz turuna başlamaq istəyən hər bir kəs tələsməlidir: Qapılarında PerformanceLine yazısı olan xüsusi buraxılış sadəcə 100 maşından ibarətdir.