MAN həyat tərzi

MAN müştəri mərkəzində xidmətlərin şövqünü yaşayın.

MAN-dan bir yük avtomobilinə qərar verənlər, tamamilə səmərəli hərəkət edir. Nəqliyyat vasitəsi təslimatınn sizin üçün unudulmaz bir təcrübə olması üçün, MAN müştəri mərkəzləri yeni vasitənizin təslimatı üçün çoxtərəfli bir çərçivə proqramını təklif edir. Beş ayrı mərkəzdə siz, MAN ilə əlaqədar çoxcəhətli təcrübə və bacarıq dünyasına bir səyahətə çıxa bilərsiniz.

Çoxsaylı təəssüratlar, yeniliklər və fikirlərə əlavə, müştəri mərkəzlərimizdə sizi vasitənizin təslimatı münasibətilə geniş bir xidmət proqramı gözləyər. O günün proqramını sizinlə birlikdə müəyyənləşdirərik – ekskluziv müşayiət və ekspert məsləhətçilik sizi gözləyir.

Bizim xidmətlərimiz bir baxışda:

  • Şəxsi müştəri məsləhətçiniz tərəfindən vasitənin təriflənməsi
  • Fərdi sürücü təlimi
  • Zavod turu
  • Öz restorantımızda iaşə
  • MAN Shop ziyarəti
  • İstəyə görə avtonəqliyyat vasitəsinin müvəqqəti qeydiyyatından, transfer xidmətləri və şəhər ekskursiyalarına qədər çox saylı xüsusi xidmətlər
  • Və daha çox - heyran olacaqsınız!

Müştəri mərkəzimizə qonaq kimi gələrsinizsə, sizi geniş bir xidmət spektri gözləyər. Hərtərəfli xidmət bizim üçün birinci prioritetə malikdir.

MAN sürücü təlimi

Təhlükəsizliklə səmərəli: MAN sürücü təlimi

Şəxsi müştəri məsləhətçiniz sizə yeni MAN vasitənizin bütün keyfiyyətlərini bilikli şəkildə təqdim etdi. İndi özünüz, aldığınız bu premium məhsulun funksiyonal etibarlığı, dözümlüyü və səmərəliliyindən emin olmaq istəyirsinizmi? O halda ödənişsiz sürücü təlimi imkanından istifadə edin. Təlimçilərimiz sizə bütün funksional detalları başa salar və sizə yeni nəqliyyat vasitənizin əməliyyatı ilə əlaqədar faydalı tövsiyələr verər - maksimum səmərəlilik və mütləq etibarlılıq üçün. Beləcə siz birinci kilometrdən etibaren aşağı yanacaq istehlakını təmin etməklə ətraf mühiti qoruyarsınız. Sürücü təliminin məzunu kimi sizə, xatırə kimi yeni qazandığınız təcrübənizi təsdiq edən bir sertifikat verilər.

MAN-ın yüksək texnologiyalı istehsal mərkəzi

Canlı MAN: yüksək texnologiyalı yük avtomobilləri və avtobuslar belə əmələ gəlir

Siz, MAN-ın yüksək texnologiyalı istehsal mərkəzində pərdə arxasında nelər olduğunu bilmək istəyirsinizmi? Biz sizə maksimum dəqiqliyə və maşınqayırma fənnində ən son texnologiyalara misilsiz bir baxış təmin edirik. Bizim təəccüblü turların birində MAN avtobus və yük avtomobillərinin yaranmasında istifadə olunan innovativ proseslər haqqında ekskluziv məlumat ala bilərsiniz. Müştərilərimiz üçün bu turlar əlbəttə ödənişsizdir. Turları sizin fərdi istəklərinizə görə də təklif etməyə hazırıq.

MAN Mağazalar

Azarkeşlər və kolleksiya yığanlar üçün: mağazalarımız

Mağazalarımızda, moda geyimdən gündəlik həyat üçün praktiki köməkçilər və yüksək keyfiyyətli səyahət aksesuarlarına qədər geniş və keyfiyyətli bir mehsul portfelini tapa bilərsiniz. Bundan başqa, azarkeşləri və kolleksiya yığanları kiçik ölçülü detallı avtomobil modelləri gözləyir. İstər kişilər, arvadlar, uşaqlar, meşə heyranları və ya endirim ovçuları: hər kəsə görə uyğun məhsullar var. Uğurlu alış-verişlər arzu edirik.

Kulinariya

MAN kulinariyası

Bir gün qonağımız olun. İstər qısa bir fasilə və ya MAN-dakı ziyarətinizi ləzzətli bir yeməklə bitirmək üçün; müasir mühitli restorantımız sizi gözləyir. Regional və beynəlxalq yeməklərdən təşkil olunan çoxçəşidli bir yemək menyusu bütün istəklərə uyğun gəlir - MAN-ın kulinariya yanını yaşayın.