İdman sponsorluğu

Björn Loose, Holger Mandel, Mattias Ekström və Heinz-Jürgen Löw (soldan sağa) TGX D38-in təhvil verilməsi zamanı

Avtomobil yarışı komandaları

Təhlükəsiz daşıma: Mattias Ekströmün motoidman avtomobilləri MAN yük maşınları ilə yarışa gətirilir.

Yarış pilotu Matthias Ekström və onun komandası EKS Performance AB və Abt Sportsline keçən il yarış avtomobillərinin daşınması üçün yeni MAN yük maşınları alıblar: Hər iki komandanın hər biri iki MAN TGX D38 yəhər-yedəkçisi əldə ediblər.

EKS Performance AB Matthias Ekströmün şəxsi ralli komandasıdır, isveç idmançısı 2001-ci ildən etibarən Almaniya DTM yarışlarında (Deutsche Tourenwagen Masters) ABT Sportsline üçün çıxış edir. Ekström özünün 2004 və 2007-ci illərdə DTM-də qazandığı qalibiyyətlərlə dünyada ən yaxşı yarış pilotlarından biri hesab edilir. Bundan başqa, o, DTM-dəki ən təcrübəli və uğurlu Audi sürücüsüdür.


EKS Performance AB üçün iki MAN yəhər-yedəkçisi

EKS Performance AB üçün iki MAN yəhər-yedəkçisi

2014-Cü ildən etibarən MAN EKS Performace AB-ni yarış avtomobillərinin daşınması üçün yəhər-yedəkçiləri ilə təmin edir. MAN yük maşınları həm yarış avtomobillərini, həm də mobil emalatxanaları, avadanlıqları və komandanın mobil kommunikasiya mərkəzini yarış xəttinə nəql edir.

2015-ci ilin iyununda MAN Truck & Bus satış və marketinq şöbəsinin rəhbəri Heinz-Jürgen Löw MAN Truck & Bus marketinq və brend şöbəsinin rəhbəri Björn Loose və şirkətin Almaniya Bürosunun direktoru Holger Mandellə birlikdə iki TGX D38 maşınını Mattias Ekströmə təhvil verdi.

Soldan sağa: Saşa Yennevayn (MAN Eksperimental Marketinq Şöbəsinin rəhbəri), Edoardo Mortara (DTM sürücüsü Audi Sport), Diter Qass (Audi Sportda DTM rəhbəri), Byörn Loose (MAN Marketinq şöbəsinin rəhbəri)

Audi Sport MAN yük maşınlarına etibar edir.

Audi Sport ilə MAN-ı uzun illik tərəfdaşlıq birləşdirir: 2016-cı ildə komanda səkkiz ədəd yeni MAN TGX yəhər-yedəkçi əldə edib ki, bunlardan ikisi beynəlxalq daşımalar seriyasının flaqmanı olan MAN TGX D38-dir. Audi Sport yarışların keçirildiyi həftə sonlarında DTM və LMP yarış avtomobillərini MAN yük maşınlarının köməyi ilə Avropa boyunca daşıyır. Həmçinin ehtiyat hissələri, mobil danışıqlar otağı, tibbi məntəqələr və mühəndis otaqları da Avropa magistralları ilə daşınır.

Bu səhifəni paylaş
paylaş Facebook-da paylaş
tvit Twitter-də paylaş
+1 Google+-da paylaş
LinkedIn-də paylaş