İdman sponsorluğu

MAN şirkətinin idman sponsorluğu

MAN şirkətinin idman sponsorluğu

Motivasiya, komanda ruhu və effektivlik: Yüksək nailiyyət əldə edən idmançıların nümayiş etdirdikləri bu keyfiyyətlər həmçinin MAN- da tətbiq edilir. Buna görə də biz uzun illər ərzində komanda idman oyunları və motoidmanı himayə edirik. Sponsor olaraq biz futbol klubunun avtobusunun komandanın özü kimi yüksək keyfiyyətli olmasını və motoidman və qış idmanı peşəkarlarının avadanlıqlarının daima yerində olmasını təmin edirik.


DSV vaks-yük maşınları

Qış idmanında kommersiya təyinatlı nəqliyyat tərəfdaşı

Qış idman sponsorluğu zamanı xüsusi həllərə də ehtiyac yaranır. Bu zaman Almaniya Xizəksürmə Assosiasiyasının biatlon və xizək yarışı üzrə milli komandalarının avadanlıqlarının pis hava şəraitində belə vaxtında lazımi yerdə olmasını MAN təmin edir. Xüsusi vaks-qoşqu sayəsində peşəkarlar MAN TGX-dən vaks-yük maşını kimi də istifadə edə bilirlər.

Björn Loose, Holger Mandel, Mattias Ekström və Heinz-Jürgen Löw (soldan sağa) TGX D38-in təhvil verilməsi zamanı

Motoidman sponsorluğu

2014-cü ildən etibarən MAN EKS Performance AB komandasını və Mattias Ekströmü yarış maşınlarının daşınması üçün yəhər-yedəkçilərlə təchiz edir.
Bundan əlavə, MAN Audi Sportun uzun illik tərəfdaşıdır və DTM, LMP avtomobillərini, o cümlədən bütün yarış avadanlıqlarını daşıyır.

Bu səhifəni paylaş
paylaş Facebook-da paylaş
tvit Twitter-də paylaş
+1 Google+-da paylaş
LinkedIn-də paylaş