İdman sponsorluğu

Almaniya Xizəksürmə Assosiasiyası üçün MAN yük maşınları

Almaniya Xizəksürmə Assosiasiyası üçün MAN yük maşınları

Almaniya Xizəksürmə Assosiasiyası etibarlı tərəfdaş kimi MAN-a güvənə ola bilər. Birgə əməkdaşlıq çərçivəsində MAN Almaniyanın biatlon və xizək yarışı üzrə milli komandalarının sərəncamına iki MAN TGX verib. Onlar xüsusi vaks-qoşqu ilə təchiz olunub ki, yük maşınları onların sayəsində mobil xizək emalatxanasına çevrilir.

Adi vaks-konteynerləri ilə müqayisədə DSV vaks-yük maşınları bəzi üstünlüklərə malikdir: Təkcə avadanlıqların yüklənməsi və boşaldılmasına sərf olunan vaxta qənaət edilmir, həmçinin texniklər üçün sağlamlıq aspektləri də xüsusi əhəmiyyət kəsb edir. Sorucu qurğu xizəklərin parafinlənməsi zamanı yaranan zəhərli qazların daxilə buxarlanmasına mane olur.


DSV vaks-yük maşınları

Qış boyu əminliklə

Fövqəladə şərait üçün də vaks-yük maşınları müdafiə təklif edirlər: MAN HydroDrive® intellektual əlavə ötürücü vasitəsilə yük maşınları ekstremal hava şəraitinin də öhdəsindən gəlilər və idmançıların avadanlıqları daim tam vaxtında lazımi yerdə olur.

Bu səhifəni paylaş
paylaş Facebook-da paylaş
tvit Twitter-də paylaş
+1 Google+-da paylaş
LinkedIn-də paylaş