MAN həyat tərzi

MANmagazine

Yeni MAN TGE: Yük daşıyıcıları arasında MAN:

Müştərilər 2017-ci il yük avtomobili modellərindən hansı yeni xüsusiyyətləri gözləyirlər? Avro 6 mühərrik nəsli necə yaranır? Bəs rəqəmsallaşma mövzusu yük avtomobilləri sahəsində hansı rolu oynayır? MANmagazine bu dəfəki buraxılışı MANın IAA 2016 yük avtomobilləri sərgisində təqdim etdiyi innovativ məhsul və xidmətlər portfoliosundan bəhs edir. Xüsusi mövzu bölməsində biz MAN TGE kimi yeni modellərə nəzər salır və avtomobil cərgələri kimi perspektivli mövzuları işıqlandırırıq.

Bundan əlavə, Siz Tina və Jakob Haeusgenlərin nə üçün Avstraliya səfərində MAN-a etibar etmələri barədə oxuyacaq, ağır yük daşıyıcısı ilə gecə sürüşlərinə şahid olacaq və Yeni Zelandiyada MAN sisternlərini müşayiət edəcəksiniz.

Bu dəfəki broşura da həmçinin MAN-a xas xüsusiyyətləri və onun özündə keyfiyyət, etibarlılıq və səmərəliliyi birləşdirərək istifadəçi və bazar ehtiyaclarına yönəlik məhsul və xidmətlərin təqdimi kimi məqsədlərini əks etdirən maraqlı və əyləncəli tarixçələrə nəzər salır.