Texnologiya və Bacarıq

MAN TipMatic® ‒ yeni nəsil

Səmərəliliyi artırmaq: MAN TipMatic®

MAN TipMatic® maşınlarının yeni nəsli yanacaq sərfiyyatını azaldır və yürüş komfortunu artırır. Fərdi işə salma və söndürmə strategiyaları ilə MAN, avtomobillərin müxtəlif təyinatlarda istifadəsini – məs., magistral, ağır yük, yolsuzluq, yaxud da fövqəladə hallarda istifadə olunan avtomobilləri – təklif edir ki, bunlardan da hər biri ən optimal transmissiya ilə təchiz olunmuşdur. Təyinat sahəsindən asılı olaraq, müxtəlif kommutasiya funksiya və proqramlar vardır. Həmçinin yeni D20, D26 və D38 mühərrikli kombinasiyalar üçün də yeni transmissiya (sürət qutuları) funksiyaları dəqiq müəyyənləşdirilmişdir. Bu xidmətlər tamamilə asandır və tam avtomat, yaxud da dəyişmə proqramından asılı olaraq, sükandakı dəyişdirmə rıçaqı vasitəsilə manual aparıla bilər. Sürücünün diqqəti başqa yerə yayınmaz və o, fikrini tamamilə yol hərəkətinə yönəldə bilər.

Daha çox rahatlıq, səmərə və təhlükəsizlik üçün yeni açar funksiyaları

MAN TipMatic® yeni açar proqramları, eləcə də əlavə ötürücü funksiyaları yanacaq istifadəsini azaldır və yürüş komfortunu və təhlükəsizliyi artırır.

SmartShifting SpeedShifting funksiyasının daha təkmil formasıdır. MAN TipMatic® SpeedShifting-də ən yüksək – 10, 11 və 12-ci gedişləri arasında daha tez dəyişərkən, SmartShifting bütün ötürmələrdə yeni bir sürətli dəyişməni (keçirmə) kombinə edir. Bununla da transmissiya məsələn, yoxuşlu yollarda daha tez aşağı gedişə keçirə bilir, maşının öncəki təcili (təkanı) itmir və bunula da maşın yanacağa qənaət tmiş olur.

Həmçinin, transmissiyanın ən üst ötürmələrinə dəstək olaraq (HSU), elektron tənzimlənən mühərrik əyləcinin tətbiqi də bir yenilikdir ki, bu da xüsusən də, yoxuş yollarda üç keçirməyə çox yüksək ötürmə imkanı verir və həmçinin cari yürüş vəziyyətinə əsaslanaraq daha ağıllı işləyən transmissiya ötürməsi anlayışını təmin edir. Proqram təminatı burada, yürüş zamanı pedalın vəziyyətinə, avtomobilin kütləsinə və hesablanmış yürüş müqavimətinə dair məlumatları alaraq onların hər birinə müvafiq olaraq ən optimal ötürmə sürətini təklif edir. Bu, mütləq şəkildə ən yüksək sürətə hesablanmış transmissiya ötürməsi olmalı deyil, daha çox ötürmə sürətindən, komfort və dartma gücünün dəyişməsinə müvafiq olaraq ən optimal kompromisdir.

Idle Speed Driving ilə boş gediş dövr saylarında avtomobili komfortlu sürmək olar. Bu funksiya ilə sürücü yük avtomobilində xüsusilə dəqiq və həssas manevrlər edə bilər və ya rahatlıqla avtomagistrallarda yavaş irəliləyən yol hərəkətində digər avtomobillərlə birlikdə “süzülə” bilər. Avtomobil hərəkətə keçdikdən sonra avtomobil sürücünün qaz pedalını sıxmasına lüzüm qalmadan təqribən 600 dövr/dq kimi alçaq dövrlə irəliləyər. Mühərrikin fırlanma anı kifayət etmirsə, MAN TipMatic® sürəti aşağı salır. Sürücü əyləc pedalını sıxar-sıxmaz, əyləc açılır.

Bir tərəfdən, MAN TipMatic® ən optimal ötürmə seçimini yükün müəyyən olunması ilə təmin edir. Bu zaman sistem, maşın boş və maksimum yüklü halda olarkən, yerindən tərpənmək üçün ən optimal ötürməni seçir. Digər tərəfdən də, transmissiyanın böyük ötürmə sayı diapazonunun və maşının yerindən daha yaxşı tərpənməsi üçün enişli yolun təyin olunması zamanı proqram təminatı funksiyasını nəzərə alır.

Əgər yük maşını bir dəfə qar üzərində, yaxud yaş yerdə, boş torpaq səthdə ilişərək çıxa bilməzsə, MAN TipMatic® in hava qurutması üçün yellənən qurutma funksiyası yerindən tərpənməyi asanlaşdırır. Bunun üçün o, dartıcı təkərlərdə olan fırlanma anı azaltmaq və bununla da fırlanmaya təzyiq vermək üçün avtomatik olaraq, transmissiyanı müvafiq gedişə keçirir. Bununla da sürücü yük maşınını daha sadə formada “hava ilə quruda” bilər.


Hər istifadə üçün yandırıb-söndürmə proqramları

MAN TipMatic® -in fərdi ötürmə proqramları müxtəlif təyinat sahələri üçün yüksəldilmiş yürüş təhlükəsizliyi və daha qənaətcil yanacaq sərfiyyatı təklif edir.

Hamısını açHamısını bağla