Texnologiya və Bacarıq

Elektroniki stabilizasiya proqramı (ESP)

Elektroniki stabilizasiya proqramı (ESP)
ESP-də ölçmələr

Hərəkət Dinamikasına Nəzarət Etmək üçün Sistem

Əgər nəqliyyat vasitəsinin aşmaq və ya sürüşmək təhlükəsi yaranarsa, sürücü vəziyyəti tez anlamalı və nəqliyyat vasitəsinin nəzarətdə saxlamaq üçün dərhal hərəkətə keçməlidir. ESP müntəzəm olaraq nəqliyyat vasitəsinin hərəkət dinamikasına nəzarət edir və əgər nəqliyyat vasitəsi aşmaq və sürüşmək təhlükəsindədirsə mühərrik nəzarəti və əyləc sistemi vasitəsi ilə avtomatik surətdə mane olur. Bu sistem, vəziyyəti hətta ən təcrübəli sürücüdən daha tez hesablamağı bacarır və nəqliyyat vasitəsini qısa vaxt ərzində nəzarətdə saxlayır. Çox tez dönmə, sürüşkən yollar, zəruri tormozlama və narahat yayınma manevrləri kimi tipik qəza vəziyyətləri zərərsizləşdirilə və qəza riski azaldıla bilər.

Funksiya və Əməliyyat

ESP iki əsas funksiyadan təşkil olunub: DSP (dinamik stabillik proqramı) və ROP (çevrilmənin qarşısını alma proqramı). DSP əsasən, nəqliyyat vasitəsinin stabil olmasını təmin edir (məs. nəm yollarda, buzda və qarda). O ancaq, sürücünün etmək istədiyi istiqamətlə nəqliyyat vasitəsinin faktiki hərəkəti arasında gözəçarpan fərq olan zamanı müdaxilə edir. Die Çevrilmənin Qarşısını Alma Proqramı (ROP), sürtünmə əmsalı yüksək olan quru yollarda nəqliyyat vasitəsinin çevrilmə riskini azaldır.



Avtomobillərin ESP ilə təchiz olunması ilə yalnız yük avtomobillərinin qarışdığı yol qəzalarının 44 faizinin qarşısı alına bilər.

Aşağıdakı ölçmələr müntəzəm olaraq ölçülür və nəqliyyat vasitələrinin cari sürəti ilə müqayisə edilir:

  • Sükan bucağı
  • Yanına sürətləndirilmə
  • Fırlanma dərəcəsi (şaquli ox ətrafında vasitənin fırlanma sürəti)