Texnologiya və Bacarıq

Zolaq köməkçisi (LGS)

Zolaq köməkçisi (LGS)
Zolaq köməkçisi

Dəhliz Mühafizəsinə Görə Nəqliyyatda Daha Çox Təhlükəsizlik

Uzun və usandırıcı marşrutlarda və ya gecə saatlarındakı idarəetmədə sürücünün diqqəti bəzən yayınır – və ya o hətta bir neçə saniyəlik yuxuya da dala bilər. Zolaq köməkçi sistemi (LGS), zolaqdan çıxmamağa nəzarət edir və beləcə təhlükəsizliyin və sürüş komfortunu artdırır. Əgər nəqliyyat vasitəsi öz dəhlizini sürücünün istiqamət indikatorlarını aktivləşdirmədən tərk edirsə, akustik səs vasitəsilə sürücüyə xəbərdarlıq edilir.

Funksiya və Əməliyyat

Avtomobilin qabaq şüşəsinin arxasındakı video kamera dəhliz nişanlarını və nəqliyyat vasitəsinin dəhliz nişanlarına aid olan mövqeyini lentə yazır. Əgər nəqliyyat vasitəsi dəhliz nişanlarını keçərsə, sürücüyə, hansı dəhliz nişanını keçməsindən asılı olaraq, sol və ya sağ qapının yanındakı reproduktordan "şaqqıltılı" səs ilə xəbərdarlıq edilir. Sistem, 60 km/s sürətdən sonra öz özünə aktivasiya olunur və keçid vasitəsilə deaktivasiya oluna bilər. 75 km/s-dan aşağı sürətlərdə xəbərdarlıq daxili dəhliz nişanına çatanda, 75 km/s-dan yuxarı sürətlərdə isə xarici dəhliz nişanını keçərkən səslənir. Əgər heç bir xəbərdarlıq səslənmirsə, məsələn, heç bir dəhliz nişanı mövcud olmadığına görə, sürücü bu barədə yoxlama lampası və ya Highline ekran vasitəsilə məlumatlandırılır.