Baxım və Hissələr

MAN orijinal ləvazimatları – avtomobiliniz üçün adapter, doldurma cihazları və dekorlar

MAN orijinal ləvazimatları – çünki rahatlıq sadəcə rahatlıq deyil.

MAN yük avtomobilinə fərdi görünüş bəxş edin!

MAN avtomobilinin sürücüsü kimi Siz böyük çıxışlara artıq öyrəşmisiniz. Buna görə də Siz mobil telefondan səsucaldıcı rabitə vasitəsi kimi istifadə etmək məqsədilə Bluetooth-adapterin quraşdırılması kimi əlavə texniki təchizatla qane olmayacaqsınız. Xüsusilə də Sizin yük maşınının fərdi görünüşündən söhbət gedirsə. Əgər gələcəkdə küçələrdə daha rahat şəkildə şütümək istəyirsinizsə, MAN orijinal ləvazimatlarını seçin. Çünki yalnız bu yolla Siz ən yaxşı keyfyyətdən və optimal funksionallıqdan yararlana bilərsiniz.


Mobil telefonlar üçün Bluetooth-adapteri və doldurma cihazları

Bluetooth-texnologiyası Sizin MAN yük maşınınızla mobil cihaz arasında kabelsiz interfeys rolunu oynayır. Adapter və doldurma cihazlarının tətbiqi mobil telefonunuzun istənilən funksiyalarından yolda istifadə etməyə, onu enerji ilə doldurmağa və hər zaman əlaqədə olmağa imkan yaradacaq.

Üstünlükləriniz:
Mobil telefonunuzdan səsucaldıcı və ya naviqator kimi istifadə etmək nəqliyyatda təhlükəsizliyin artmasına xidmət edir. Həmçinin bunun sayəsində paylayıcı nəqliyyatda və ya kirayə avtomobillərdə tez-tez sürücü dəyişikliyi olduğu zaman avtomobilin operativliyi artır.


MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN Truck & Bus AG-nin iki illik zəmanəti 20171 tarixindən etibarən quraşdırılmış MAN orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləavzimatları daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir. Əlavə məlumatı bizim ümumi kommersiya qaydalarından əldə edə bilərsiniz.

Flayeri yüklə

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın özünün servis müəssisələri və iştirak edən partnyorlar.


MAN orijinal dekor dəsti

MAN orijinal dekor dəsti Sizə MAN avtomobilinizi bənzərsiz formaya salmağa imkan verir. Gözəl bir əhval-ruhiyyə ilə Sizin MAN avtomobiliniz tamamilə fərdi bir görünüş alacaqdır. Avtomobilinizi cəlbedici edin!

Dekor dəstləri MAN TGA, MAN TGX və MAN TGS seriyaları üçündür və Sizin şəxsiyyətinizi ifadə edən üç fərdi variantda təklif olunur. Əjdahanın ağzından çıxan alovu, küçələrin kralı – aslanı, yaxud etnik naxışları avtomobilinizə yaraşdıracağınıza özünüz qərar verin.

  • Sürücü və köməkçi yeri üçün
  • Avtomobillərin bütün rənglər üçün istifadə oluna bilər
  • Ən azı 8 il qalıcı
  • Rəngi qalıcıdır və avtoyumalar üçün münasibdir
  • Istifadədən sonra çıxarıla bilər

Aslan dekoru

Aslan dekoru

Əjdaha dekoru

Əjdaha dekoru

Rastr dekoru

Rastr dekoru