Baxım və Hissələr

Ehtiyat hissələri

Orijinal təchizat keyfiyyətində ehtiyat hissələri

MAN-ınız yürüyürsə, işiniz də yürüyür. Yalnız avtomobiliniz davamlı hərəkət edirsə, siz pul qazanarsınız. Yük avtomobillərinizi hərəkət halında tutmaq üçün, bütün hissələrində keyfiyyət vacibdir. MAN sizə bunun üçün cəlbedici qiymətlərlə yeni hissə keyfiyyətində əvəz hissələrini təklif edir. Bərpa edilmiş hissələrin yeni hissələrinizlə müqayisədə heç bir mənfilliyi yoxdur. Bunların bərpa prosesi qətiyyətlə yeni hissələrin keyfiyyət meyarlarına görə nəzərdə tutulmuşdur. Texniki yeniliklər isə dərhal bərpa prosesinə inteqrasiya olunur. Bərpa edilmiş əvəz hissələrini bazara qaytarmadan əvvəl bunların funksiyaları yoxlanılır. Beləliklə əvəz hissənizin səmərəlilik və funksionallıq baxımından müvafiq yeni bir hissə ilə eyni olduğuna zəmanətiniz var.

Bundan əlavə, MAN Common Rail inyektorlarını əvəz proqramında, işlənmiş hissələrin bərpa prosesinin tamamilə yeni hissə təchizatının meyarlarına görə nəzərdə tutulan zavoddaxili təmirə əsaslandırır. Bunda, bütün köhnələn hissələr, vəziyyətindən asılı olmayaraq, yeni hissələri ilə əvəz olunur. Yenidən işlədilə bilən hissələr, hərtərəfli təmizlənir, diqqətlə düzgün əməliyyata görə yoxlanılır, bərpa və ya yenisi ilə əvəz edilir.

Bu əvəz proqramı ilə MAN, ətraf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli bir addım atır. Ehtiyat hissələri və komponentlərin yenidən istismarı və bərpası ilə xammaldan qənaət edilir və tullantıların miqdarı azaldılır. Bundan əlavə, köhnə hissə bərpa prosesində, yeni hissələrin istehsalı ilə müqayisədə çox daha az enerji sərf edilir.

Əvəz hissəsi proqramımız:

  • İlişmə hissə komplektləri
  • İlişmə hissələri
  • İnyektorlar
  • Starterlər
  • Generatorlar
  • Əvəz mühərrikləri
  • İnyektor nasosları
  • Ötürmə qutusu
  • Sükan qutusu
  • İşlənmiş qaz turboqovucu
  • Su nasosları

Üstünlükləriniz:

  • Mühüm köhnələn hissələr 100 faiz olaraq yeni hissələrlə əvəz edilir
  • Məhsul və funksiya yoxlanması, yeni hissə spesifikasiyalara görə yerinə yetirilir
  • Zəmanət yeni hissələrdəki kimidir
  • Sənətinin ən son vəziyyətinə görə təmir
  • Yeni hissə meyarlarına görə bərpa
  • Ətraf mühitə yükü azaldır və resursları qoruyur