MAN Rental

MAN İcarə

Uğur indi icarəyə də götürülə bilər

Səmərəlilik, gəlirlilik, rəqiblərə görə üstünlük - bu üç amil bir avtoparkın uğurla işlədilməsini müəyyənləşdirir. Bu səbəblə MAN Rental, misilsiz bir konsepsiya təqdim edir: Son nəsil premium nəqliyyat vasitələri, çevik icarə variantları və inanılmaz tam xidmət bir yerdə.

Bizimlə bütün yük avtomobili, yarımqoşqu və qoşqu ehtiyaclarınızı tamamilə tələblərinizə uyğun olaraq planlaşdıra və eyni zamanda maliyyənizi və sinirlərinizi mühafizə edə bilərsiniz. Kapital bağlamağa və zəhmətli kredit müzakirələri aparmağa lüzum olmadığı və öz avtopark nəzarətiniz asanlaşdığı üçün. Bu necə işləyir? Avtopark nəzarəti üçün Almaniyada lider partnyordan müştəri tələbatına uyğun icarə müqavilələri və likvidliyi qoruyan "tamamilə rahat" təklifləri ilə.

Avtopark inteqrasiyasını çevikliklə planlaşdırın

İşinizin necə inkişaf etdiyinə baxın. Yalnız 12 aylıq minimum müqavilə dövrü ilə sərbəst qalırsınız. İcarə haqqı kilometr məhdudiyyətindən asılı deyil (dartma avtomobilləri xaric) - əlavə xərc riski əmələ gətirməyən etibarlı bir hesablama sxemi! Və hətta icarə müddəti qurtardıqdan sonra da çevikliklə nəqliyyat vasitənizi qaytarmaq və ya özünüzə götürmək istədiyinizə özünüz qərar verərsiniz. Avtomobili satın aldıqda, ödənilmiş xalis icarənin yarısı avtomatik olaraq alış qiymətinə sayılan bir əmanətə çevrilir.

Minimum kesintilər üçün 24-saat xidmət

Lider ticari avtomobil istehsalçıları ilə əməkdaşlığı sayəsində, MAN Rental geniş bir xidmət şəbəkəsinə malikdir: Demək olar ki, bütün böyük şəhərlərində və əsas qərb və şərq Avropa avtonəqliyyat oxları boyunca 7500-dən çox təmirxana. Bunlar sizi harada olduğunuza baxmayaraq tezliklə yenidən yola salar. Bütöv Avropada 24-saat xidmət - səriştəli və bürokratçılıq olmadan

Avtonəqliyyat flotunuz üçün premium partnyor

Biz sizin inzibati yükünüzü də azaltmaq istəyirik. Buna görə də, MAN Rental xidmət anlayışına, tanınmış şirkətləri ilə əməkdaşlıq edərək təklif etdiyimiz bir sıra izafi dəyər xidmətləri daxildir. İstər şinlər, texnologiya, monitorinq, soyutma aqreqatları və ya yol rüsumu hesabatı olsun - partnyorlarımız xüsusi bilikləri ilə kömək edir. Biz bu komponentləri, ehtiyaclarınıza mükəmməlcə cavab verən tam əhatəli bir xidmət paketinə birləşdiririk. Bu xidmətlər, sizə rəqabətdə üstünlük gətirən amillərdir.

MAN Rental-ın müxtəlif paketləri haqqında daha çox məlumat burada tapa bilərsiniz:
www.manrental.eu