MAN TGS WW tikinti yerlərində

MAN TGS WW mədən vasitəsi

MAN TGS WW 8x4 arxadan özüboşaldan - mədən sahəsi üçün nəzərdə tutulmuş

MAN TGS WW yəhərli dartıcı

Sizin işiniz üçün xüsusi hazırlanmış

MAN TGS WW tamötürmə

MAN TGS WW 6x6 ağır yük avtomobili

MAN TGS WW - dünyada ən çətin şərtlər altında istifadə üçün güc paketi

Sağlam və səmərəli MAN TGS WW, MAN tərəfindən qərbi Avropa xaricində beynəlxalq istifadə üçün xüsusiyyətlə tərtib edilmişdir: bu yük avtomobili eləcə də çətin yol şəraitində öhdəsindən gələr və soyuq, qar və ya həddindən artıq istilik kimi ekstremal hava şəraitində də təhlükəsiz və komfortlu hədəfinə çatır. MAN, TGS WW modelini xüsusiyyətlə Orta və Uzaq Şərq, Afrika və MDB ölkələrinin regionlarında təklif edir. İstər yəhərli dartıcı, şassi və ya özüboşaldan kimi, bu yük avtomobili ən ağır tətbiq sahələri və çətin nəqliyyat vəzifələri üçün idealdır.

MAN TGS WW-nin vasitə konfiqurasiyası regional tələblərinə mükəmməlcə uyğunlaşdırıla bilər. MAN, yaxın və uzun məsafəli nəqliyyatda səmərəli bir nəqliyyat vasitəsi olaraq, 50 tonadək cəmi çəki qabiliyyətli iki, üç və dörd oxlu yəhərli dartıcılar və şassilərini təklif edir.

Çoxsaylı kiçik detalların cəmi MAN TGS WW modelini xüsusilə etibarlı və iqtisadi bir əməliyyat vasitəsi edir: daşlardan qoruyan möhkəm radiator mühafizəsi, faralarda, arxa fənərlərdə və yanacaq çənində qoruyucu barmaqlıqlar, tropik soyuducu və ya -50°C-a qədər temperaturda istifadə oluna bilən şaxtayadavamlı avadanlıq və 24 düymlük təkərlər beynəlxalq dartma nəqliyyatındakı vəzifələrin öhdəsindən gəlmək üçün ideal şərait yaradır. TGS WW üçün təmin oluna bilən EfficientLine paketi yanacaq sərfini və buna görə də CO2 emissiyalarını daha çox azaldır.

Hamısını açHamısını bağla