MAN TGS WW tikinti yerlərində

Euro 2 normasına uyğun Common Rail mühərriki

Daha çox güc, daha az yanacaq

Aşağı yanacaq istehlakı ilə daha çox dinamiklik, daha az baxım ehtiyacı ilə daha uzun ömür: D20 və D26 seriyasının qənaəətcil MAN altısilindrli sıralı Common Rail mühərrikləri ilə 360 ag - 540 ag arasında bir güc spektri arasında seçim edilə bilər. Yerli qaydalardan asılı olaraq bu mühərriklər Euro 2, 3 ya 4 normalarına uyğunlaşır. MAN mühərrikləri öz sinfində ən aşağı çəki-güc nisbəti ilə və habelə 120.000 kilomətrlik baxım intervallarında 1,5 million kilometr yürüş performansı ilə önə çıxır.

MAN TGS WW yük avtomobilinin bütün mühərrikləri ekstremal iqlim bölgələrində istifadə üçün nəzərdə tutulmuşdur. Avtomobilin qabaq üzünün arxasına gizlənmiş yekə bir radiator bunun üçün təchiz olunub. Bu təchizatı sayəsində TGS WW, çox isti bölgələrdə, habelə ən aşağı temperaturları olan bölgələrdə, yeni ki -50°C-dək səmərəliliklə istismar oluna bilər.

  İşçi həcmi Euro 2 Euro 3 Euro 4
D2066 10,5 l      
265 kv (360 ag), 1800 Nm   X X X
294 kv (400 ag), 1900 Nm   X X X
324 kv (440 ag), 2100 Nm     X X
D2676 12,4 l      
324 kv (440 ag), 2100 Nm
  X    
353 kv (480 ag), 2300 Nm   X X X
397 kv (540 ag), 2500 Nm       X

Həmişə düzgün sürət

ServoShift sistemli 16-sürətli ötürmənin komfortlu və dəqiqliklə əməliyyatı mümkündür. Aşağı sürət dəyişdirmə gücü və qısa hərəkətlər tələb edir. Tam avtomatlaşdırılmış oniki-sürətli MAN TipMatic® ötürməsi də ən yüksək sürət dəyişdirmə komfortuna zəmanət verir. İlişmənin əl ilə və işlədilməsi və habelə ilişmə pedalı aradan qalxır. Avtomobilin avtomatik sürətdə iqtisadiyyatla sürülməsilə də yanacaq istehlakı azaldılır. İstədikdə sürətlər eləcə də təkan qolu vasitəsilə əl ilə dəyişdirilə bilər. Opsiyon kimi təmin oluna bilən və çətin ərazi şəraitində də komfortlu avtomatik rejimdə sürməyi mümkün edən yolsuzluq rejimi, xüsusiyyətlə dartma nəqliyyatı üçün nəzərdə tutulmuşdur.

Səmərəliliyin sürətini artırmaq: MAN TipMatic® - hətta yolsuzluq rejimində

Rahatlıq və səmərəliliyin mükəmməl sintezi, avtomatlaşdırılmış oniki-sürətli MAN TipMatic® ötürmə qutusudur. Bu ötürmə qutusu asanlıqla tam avtomatik və ya əl ilə sükanın yanında olan bir təkan qolu vasitəsilə sürücü tərəfindən idarə oluna bilər. İlişmə pedalı aradan qalxır, sürət dəyişdirmə qolu daha lazım deyil. Sürücünün diqqəti başqa yerə yayınmaz və o, tamamilə yol hərəkəti üzərinə cəmləşə bilər. Kick-down funksiyası yüksək sürüş dinamikliyini təmin edir.

Yolsuzluq rejimli MAN TipMatic® xüsusilə tikinti və mədən sahəsində istismar üçün nəzərdə tutulmuşdur. Onunla MAN TGS WW yolsuzluq şəraitində də rahat avtomatik rejimlə hərəkət edə bilər. Bunda əsas amil, daha qısa sürət dəyişdirmə intervallı sürət dəyişdirmə strategiyasıdır. Cari sürət mümkün qədər uzun müddətlə qorunur ki, tezliyin haradasa dəyişmədiyi hərəkət zamanı lüzumsuz sürət dəyişmələrinin qarşısı alınsın. Beləcə hərəkətə keçəndə daha yüksək bir fırlatma momenti hazır olur. İlişmənin tezliklə açılıb bağlanması sayəsində bundan savayı torpağa sıxışmış bir yük avtomobilinin irəli-geri hərəkətlə yırğalanaraq daha tez çıxması mümkündür.

250 tonluq cəmi dartma çəkisinin dartılmasına uyğun gələn ZF moment çevirmə ilişməsi (WSK440) ilə birlikdə ZF TC-Tronic® qurğusu, beynəlxalq ağır yük nəqliyyatı üçün idealcasına uyğunlaşır.

Gündəlik işlər üçün tamötürmə

Maksimum dartma gücü tələb olunan hər yerdə, daimi və ya əlavə qoşula bilən tamötürücülü MAN TGS WW istismara verilir. MAN-dan yol və yolsuzluq şəraiti üçün fərqli ötürmə nisbətli iki sürətli paylamalı ötürmə qutuları gücü paylayar.

Tamötürməli nəqliyyat vasitələrinin digər avadanlıqları arasında böyük klirensli AP oxları, differensial bloklama qurğuları, barabanlı əyləclər və stabilizatorlar var.

EVB mühərrik əyləci

Bütün mühərriklər standart kimi EVB mühərrik əyləc ilə təchiz olunur. Bu sistem normal işlənmiş qaz klapanı ilə müqayisədə mühərrikin əyləc gücünü 60 faiz qədər artırır. Mühərrik əyləci, işçi əyləcinin qəliblərinin ömrünü əhəmiyyətli dərəcədə uzadır, nəzərəçarpan dərəcədə daha yüksək davamlı əyləc gücü verir və beləcə yük və sürücülərin aktiv təhlükəsizliyini artırır.

Daşlardan qoruyan radiator barmaqlığı

Xüsusilə cınqıllı, örtüksüz yollarda daşlardan qoruyan barmaqlıqlar radiatoru qoruyur. Həmçinin faralar, arxa fənərləri və yanacaq çəninə təchiz olunan qoruyucu barmaqlılar, xüsusilə kobud ərazidə TGS WW-nin təhlükəsizliyini artırır.


Hamarlıqla yollarda irəliləyin

ECAS pnevmatiki amortizasiya

Əksəri yollarda istifadə olunan nəqliyyat vasitələrində, MAN TGS WW-nin normal hündürlüklü variantında disk əyləcləri olan, baxım ehtiyacı olmayan təkər yastıqları olan hipoid oxlar işlədilir. Bu oxlar aşağı çəki ilə yüksək yük daşıma qabiliyyəti ilə xarakterizə olunur, sakitcə fırlanır və yanacaq qənaət edir.

Vərəqli amortizasiyalı ön ox da çox əlverişli çəki-yük daşıma qabiliyyəti nisbəti ilə önə çıxır.

Arxa oxda təchiz olunan, baxım ehtiyacı olmayan pnevmatiki amortizasiya ECAS, yüksək sürmək komfortu, hamar daşıma və daha çox hərəkət təhlükəsizliyi üçün idealdır.

Yolsuzluq şəraitində istifadə üçün MAN, TGS WW modelini, xarici planetar oxların altındakı klirensi artırmaq üçün orta və yüksək hündürlükdə təklif edir. Hər biri vərəqli amortizasiya və iri təkərlərlə təchiz olunmuş 4x2, 4x4, 6x4, 6x6, 8x4 və 8x8 ötürmə variantları var. TGS WW 6x4, həmçinin Avropadan bilinən 13 tonluq dörd körüklü pnevmatiki amortizasiya ilə də təmin edilə bilər.

Xüsusilə ağır nəqliyyat vasitələri üçün iki amortizasiya variantı mövcuddur: yüklü və boş gedişlərdə yüksək sürmək komfortu üçün parabolik amortizasiya habelə və ekstremal istifadələr üçün trapesşəkilli amortizasiya.

Parabel ressorları


Mədən sahəsi üçün hazırlıqlı

Mədən sənayesindəki tələbat yüksəkdir: ağır çoxnövbəli iş, maksimal günlük istehsal, ən ağır yüklənmə, yolsuzluq şəraitində istifadə və intensiv tozlanma, nəqliyyat vasitəsini və sürücüsünü hər gün sınaqdan keçirir. Mədən vasitələri buna görə də, son dərəcə möhkəm olmalı, iqtisadi əməliyyat və yüksək etibarlılıq təklif edən güclü mühərrikləri və yüksək daşıma qabiliyyətinə malik olmalıdır. Yeni MAN TGS WW 50.440 8x4 bütün bu tələbatı mükəmməlcəsinə qarşılayır.

50 tonluq daşıma qabiliyyətli nəhəng, xüsusiyyətlə açıq mədənlərdən metal filizi və kömür çıxarılması üçün nəzərdə tutulmuşdur. Bərkidilmiş əlavə çərçivəsi yüksək cəmi çəkiyə artıma imkan verir. Aktiv təhlükəsizlik prioritet olduğundan, bu yük avtomobili elektron əyləc idarəetmə MAN BrakeMatic® və davamlı səmərəli əyləc sistemi MAN PriTarder®-ə malikdir. Həmçinin ESP bir seçim olaraq təmin oluna bilər.


Stabil bir çərçivə, yaxşı bünövrədir.

Üstün möhkəmliyə malik konstruksiya poladından emal edilən çərçivədə, burulmaya və əyilməyə qarşı yüksək müqavimət, maksimal stabillik və müxtəlif kuzov növlərinə uyğunluqla birləşir. Tamamilə düz olan çərçivənin üst kənarı sayəsində hər cür kuzov qurğuları asanlıqla, tezliklə və ekonomik bir şəkildə birləşdirmək olar.

Sıx deşik toru sayəsində daha sonra qurğular vaxt aparan deşmə işinə gərək olmadan asanlıqla dəyişdirilə və ya əlavə edilə bilər. Ətraf mühitə dost su əsaslı boyalara əsaslanan rəngləmə konsepsiyası, bütün çərçivə və şassi hissələrinə korroziyaya qarşı etibarlı mühafizəni təmin edir.