MAN TGM paylayıcı nəqliyyatda – Texniki göstəricilər

Avro 6 standartlarına uyğun Common Rail Mühərriki

Daha çox kilometr, daha az litr

Paylayıcı nəqliyyatda uğurla irəliləmək istəyənlərə, yanacağa qənaət edən, lakin səmərəlilikdə qənaət etməyən bir mühərrik lazımdır. Yüksək dartma gücünə malik Avro 6 MAN Common Rail mühərrikləri, əlverişli fırlatma momenti xarakteristikası, aşağı yanacaq istehlakı və uzun baxım intervalları ilə heyrətləndirir. MAN TGM, 12 – 26 tonnajlı modellər sinifində özünü hər sahədə göstərir. Bu seriya böyük daşıma qabiliyyəti, yüngül strukturu və yüksək yürüş komfortu ilə yanaşı böyük həcmi ilə insanı cəlb edir.

  İşçi həcmi
D0836 CR 6,9 l
184 kV (250 A.G), 1.000 Nm  
213 kV (290 A.G), 1.150 Nm  
251 kV (340 A.G), 1.250 Nm  

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Yükünüzü daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

Paylayıcı nəqliyyatda MAN TGM üçün mövcud sistemlər:

Çoxfunksiyalı Sükan Çarxı

Elektroniki stabilizasiya proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Fövqəladə halda əyləc köməkçisi

MAN BrakeMatic®