MAN TGS uzaq yol nəqliyyatında – Texniki göstəricilər

Mühərrik

Səmərəlilik üçün güclü bir ötürücü vacibdir

Yeni Avro 6 normasına uyğun MAN yük avtomobilləri təkmilləşdirilmiş komponentlər və mükəmməlcə bir-birinə görə quraşdırılmış texnologiyalara əsaslanır. Bunun əsasını güclü momentli altısilindrli mühərriklər təşkil edir. Çox aşağı emissiya dəyərlərinə nail ola bilmək üçün, MAN Common-Rail yanacaq püskürməsi, tullantı qaz resirkulyasiyası (AGR), selektiv katalitik reduksiya (SCR) və dizel partikül filtri (DPF/CRT) kimi texnologiyaları tətbiq edir. Nəticə: Avro 6 normasına uyğunlaşan MAN mühərrikləri yanacaq və AdBlue® istehlakı barəsində standartları müəyyən edir.

Ötürücü komplekti – səmərəliliyin nümunəsi:

  • D20 və D26 seriyalarının altı silindrli, 500 A.G gücünədək Common-Rail dizel mühərrikləri Avro 6 normasında. Transmissiyadakı saysız-hesabsız təkmilləşmələr yeni D26 mühərriklərində fırlanma anının 200 Nm-ə qədər sinxron artımı zamanı daha az yanacaq sərfiyyatı və 20 A.G daha artıq performans sərgiləyərək daha yüksək yürüş komfortu verir.
  • Seçilə bilən ön ötürücü MAN HydroDrive®.
  • Avtomatlaşdırılmış MAN TipMatic® ötürmə qutusunun yeni nəsli transmissiyadakı saysız-hesabsız yeniliklərlə yanacaq sərfiyyatını azaldır və yürüş komfortunu yüksəldir.
  • Maksimum yanacağa qənaət üçün xüsusi ötürmə nisbəti olan səmərəli oxlar.

  İşçi həcmi
D2066 10,5 l
235 kV (320 A.G), 1.600 Nm  
265 kV (360 A.G), 1.800 Nm  
D2676 12,4 l
309 kV (420 A.G), 2.100 Nm  
338 kV (460 A.G), 2.300 Nm  
368 kV (500 A.G), 2.500 Nm  

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Yükünüzü daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

Uzaq məsafələr üçün MAN TGS-in mövcud sistemləri:

Çoxfunksiyalı Sükan Çarxı

Məsafəni tənzimləyən tempomat

Davamlı Amortizasiya Kontrolu (CDC)

Elektroniki stabilizasiya proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Fövqəladə halda əyləc köməkçisi (EBA)

MAN BrakeMatic®

MAN səmərəlilik sistemləri

Əgər daha səmərəlidirsə, deməli hədəf məntəqəsinə daha yaxşı gəlib çatıb: MAN səmərəlilik sistemləri nəqliyyat xərclərinə qənaət edərək, TGS ilə Sizi hədəfə daha komfortlu şəkildə çatdıracaqlar.
GPS dəstəkli MAN EfficientCruise® kruiz kontrolu yanacaq istifadəsini altı faizədək azaldır.
MAN HydroDrive®-ın əlavə dartma qüvvəsi küçə nəqliyyat vasitələrini və yolsuzluq avtomobillərini yolda qoymaz.
Həmçinin 12 ötürücülü avtomat MAN TipMatic® transmissiyası da yürüş dinamikasını yayınmasız bir yürüşə qədər təmin edir.

GPS ilə dəstəklənən kruiz kontrol

MAN HydroDrive®

MAN TipMatic®