MAN TGX D38 uzaq məsafələrə ağır yük daşıma işində

MAN 540, 580 və 640 A.G malik ən yaxşı modelləri

MAN TGX D38

Yeni MAN TGX D38 – Effektivlik performansla qarşılaşır

Yeni MAN TGX D38 çox sayda yeni effektivlik funksiyalarına malikdir və çətin nəqliyyat vəzifələrinə ideal şəkildə uyğunlaşır. Əsas hissəsi 15,2 litr işçi həcmi olan yeni inkişaf etdirilən D38 seriyalı altısilindrli mühərrikdir. Bu mühərrik fövqəladə güc transmissiyası ilə önə çıxır və TGX model spektrini 540, 580 və 640 A.G güc sinifləri ilə təkmilləşdirir.

Yeni transmissiya funksiyaları, güclü fırlanma anına malik D38 mühərriki, eləcə də rahatlıq və təhlükəsizlik məsələlərində olunan təkmilləşdirmələr sayəsində yeni MAN TGX D38 effektivlik və performansda daha bir addım önə gedir.

TGX D38-də də MAN ümumi işlətmə xərclərini (TCO) nəzərə alır və

  • yeni MAN D38-mühərrikini
  • daha çox inkişaf etdirilən yeni sürət qutusu funksiyalı MAN TipMatic® keçid sistemini və
  • GPS-lə idarə olunan, MAN EfficientRoll ilə təchiz edilmiş MAN EfficientCruise® kruiz kontrolu

kombinə edərək fövqəladə güclü bir paketdə cəmləşdirir.

MAN, TGX D38-i ağır şəhərlərarası nəqliyyat əməliyyatları üçün ideal yük avtomobili kimi nəzərdə tutub və buna uyğunlaşan elementar nəqliyyat vasitələrini təklif edir. 2.700 Nm (540 A.G) və 3.000 Nm (640 A.G) kimi maksimal fırlanma anları bütün sürət qədəmlərində istismar edilə bilər. Tez-tez yüksək cəmi dartma çəkilərinə çatan müştərilər üçün TGX D38, suveren nəqliyyat performansı və xərclər baxımından əla səmərəliliyin heyranedici bir kombinasiyasını təklif edir. Avtomobildən ən yüksək topoqrafik tələbatı olan marşrutlar üçün, TGX D38 dayanmaz enerji ehtiyatlarına və yoxuşlarda güclü dartma qabiliyyətinə malikdir. Beləcə çətin marşrutlarda da yüksək nəqliyyat sürətləri həyata keçirilə bilər. Daimi əyləc sistemlərinin böyük performansı sayəsində enişli meyllərdə də yüksək orta sürətlə sürüşlərə şərait yaranır.

TGX D38 kampaniyası

Üstün modelin dizaynı

MAN TGX D38, yolda xüsusi dizayn xüsusiyyətləri ilə tanınır:

  • Kənar güzgü örtükləri və fərqli radiator örtüyü donuq platin gümüşü rəngdə laklanmışdır.
  • D38-in sürücü və sərnişin qapısının üzərindəki xrom yazısı da MAN top modelinin eksklüziv əlamətidir.
  • Qapılardakı 540, 580 və ya 640 kimi at gücü işarələri optiki şəkildə bu yük avtomobilinin gücünü nəzərə çatdırır.

MAN TGX D38-in mühərriki

Yeni transmissiya funksiyaları ilə xüsusi hazırlanmış güc ötürməsi

D38 seriyalı altı silindrli 15,2 litr işçi həcmli mühərrik sərbəst performansı əla səmərəliliklə birləşdirir. 640 A.G qədər güc ilə bu mühərrik hər bir ehtiyaca uyğun maksimum dartma təklif edir və ən güclü Avro 5 mühərriki olan D28 V8-ə görə 160 kq daha yüngüldür – bu da əlavə daşıma qabiliyyətinə üstünlük gətirir.

  • Mühərrikin iki mərhələli turboyüklənmə mexanizmi sayəsində tam fırlanma momenti hələ ki dəqiqədə 930 dövrdən etibarən hazır olar. D38-in güclü fırlanma anı ox transmissiyalarına görə mükəmməl şəkildə tənzimlənmişdir. Maksimal 2.500 bar qədər təzyiq tətbiq edən üçüncü nəsil bir Common-Rail püskürmə sistemi olduqca az hissəcikli və yanacaq səmərəliliyinə görə optimallaşdırılmış yanma üçün imkan verir.
  • Maksimum etibarlılıq və dözümlülük üçün MAN D38-də birinci dəfə bir yük avtomobilinin dizel mühərrikində qübbəli klapanlar təchiz edib. Bu konstruksiya həlli sayəsində klapanlar və klapan yəhərləri xüsusilə uzunömürlü olar.
  • İnnovativ TopDown soyutma sistemi, silindr başlığındakı soyutma suyunu yuxarıdan bilavasitə termiki yüklərin çox olduğu yerlərə göndərir və beləliklə köhnəlməni azaldır.
  • Hər bir silindr üçün səkkiz ədəd silindr başlığı vinti böyük hamarlıqla silindr başlığını və silindr barabanını mühərrik blokuna basdırır. Aşağı yağ istehlakı ilə yanaşı, bu da silindr başlığının araqatının ömrünü uzadır.

MAN TipMatic® açarı

Yeni MAN TipMatic® – yanacağa qənaət edən yeni ötürmə funksiyaları

TGX D38 bütün model növlərində yeni MAN TipMatic® ilə təchiz olunub. O, daha çox səmərəlilik və yüksək performans üçün üç yeni sürət qutusu funksiyasını təklif edir.

Ətraflı məlumat

EfficientCruise® – GPS dəstəkli kruiz kontrol

GPS-lə idarə olunan, MAN EfficientRoll və MAN EfficientCruise® kruiz kontrolu

Yeni GPS-lə idarə olunan MAN EfficientCruise kruiz kontrolu indi MAN EfficientRoll® ilə təchiz olunub, beləliklə də yeni MAN TGX D38 GPS baxış sayəsində ağılla idarə oluna bilər.

Ətraflı məlumat

Uzun yol nəqliyyatı və qoşqulu nəqliyyat üçün TGX D38

TGX D38 model çeşidləri

Ən güclü TGX modelinin çeşidliliyi, istifadə imkanlarının çeşidliliyi ilə münasibdir. O, sağ və sol sükanlı avtomobil kimi təmin edilə bilər və XL, XLX və XXL kabinə növləri ilə kombinə oluna bilər.

MAN müxtəlif kuzov növləri üçün çox saylı ox konfiqurasiyalarını təklif edir. Uzun yol nəqliyyatı və qoşqulu nəqliyyatla məşğul olan müştərilər, 4x2 vərəqli/pnevmatiki ya 4x2 tam pnevmatiki ressorlu yarımqoşqulu yük avtomobilləri və şassilər arasından seçim edə bilərlər. Üçoxlu avtomobillərdə, aparılmayan oxun aparılan oxun önündə ya arxasında təchiz olunmuş 6x2 konfiqurasiyası ilə daha yüksək cəmi çəki qabiliyyətinə malikdir. 6x4 ikiqat oxlu ötürücü kimi TGX D38 yedəkli maşınlar və daşıyıcı şassilər üçün ən yaxşı daşıma təklif edir.

Dördoxlu ağır yük avtomobilləri cəmi çəkisi 41 ton və cəmi çəkmə çəkisi 250 tonadək olan arxada üçoxlu 8x4/4 ötürməli avtomobillər kimi təchiz olunub.

Beləliklə TGX D38 bir flaqman modelin prestijini təklif edir və bundan yanaşı uzun yol nəqliyyatında ağır topoqrafiya və 40 – 44 tonlu tam yüklənməli vəziyyətlərdə ən səmərəli nəqliyyat həllidir. Xüsusilə yanacaq-səmərəli Direct-Drive ötürməsi 65 tona qədər cəmi çəkilərə icazə verir.