Yük avtomobili konfiquratoru

MAN yük avtomobili konfiquratoru

MAN yük avtomobili konfiquratoru

Arzularınızın yük avtomobilini özünüz quraşdırın.

MAN yük avtomobili konfiquratoru ilə arzu etdiyiniz yük maşınından cəmi bir neçə klik uzaqlıqdasınız. Arzularınızın avtomibilini rahat şəkildə onlayn öz ehtiyacınıza uyğun seçə bilərsiniz. Sizə aşağıdakı seçim variantlarl təqdim olunur.

  • Yük avtomobili modelləri
  • İstifadə məqsədi
  • Model
  • Şassi

  • Mühərrikləşdirmə
  • Sürücü kabinəsi
  • Rəng
  • Məsləhətçilik

Konfiquratordan istifadə edərək yük avtomobilinizi öz ideallarınıza görə uyğunlaşdırın. Sonda sadəcə əlaqə formasını göndərin – bu qədər!

Konfiquratoru başlat

MAN yük avtomobili konfiquratoru – arzularınızın avtomobili cəmi bir neçə klik uzaqlıqda.

MAN yük maşını konfiquratoru ilə kompyuterinizdən ödənişsiz və rahat şəkildə quraşdırın. Arzu etdiyiniz avtomobili virtual hazırladıqdan sonra sizə məmnuniyyətlə fikirlərinizlə bağlı məsləhətlər veririk.

Seçim edərkən MAN yük avtomobillərinin geniş çeşidindən faydalanın. Bu çeşidlərə 7,5 – 44 ton çəki aralığında, traktordan xüsusi təyinatlı avtomobilə qədər olan modellər daxildir. Seçdiyiniz kommunal təyinatlı avtomobilinizə ehtiyacınıza uyğun şəkildə şassi, arzuladığınız mühərrikləşdirmə və fərdi quraşdırılmış sürücü kəbinəsi əlavə olunur. Təbii ki, sizin ən sevdiyiniz rənglərdən birini seçərək.

Təchizat xüsusiyyətləri artıq seçildikdən sonra belə quraşdırılma zamanı göstərilərək hər zaman dəyişdirilə bilər.

Yük avtomobili modelləri:
Siz sadəcə MAN yük maşını konfiquratorunda arzularınızın yük maşınını seçin. Seçiminizə MAN ağır yük avtomobilləri seriyasından TGX və TGS, eləcə də orta və az çəkili modellərdən TGL və TGM təqdim olunur.

İstifadə məqsədi:
Uzaq məsafəli, tikinti və ya paylayıcı nəqliyyat, xüsüsi və ya kommunal təyinatlı nəqliyyat üçün yük avtomobili arzulayırsınız? MAN yük maşını konfiquratorunda avtomobilinizin tətbiq sahəsini bir düymə ilə asanlıqla seçə bilərsiniz.

Şassi:
Şassini tələblərinizə cavab verəcək şəkildə, uyğun tonnajı isə mövcud təkər formulası və burun uzunluğuna uyğun şəkildə onlany quraşdırın.

Mühərrikləşdirmə:
Burada MAN yük avtomobili modeliniz üçün arzuladığınız mühərrikləşdirməni seçin. Bütün yeni MAN motorları Avro 6 emissiya normalarının tələblərinə cavab verir.

Sürücü kabinəsi:
MAN yük avtomobili konfiquratoru sizə arzuladığınız seriyaya və avtomobilinizin tətbiq sahəsinə uyğun çeşidli sürücü kabinələri təqdim edir.

Rəng:
Təklif olunan 26 ədəd rəng seçimindən arzuladığınız rəng çalarını seçin. Arzuladığınız rəng, MAN yük maşını konfiquratorunun seçimləri arasında deyil? Bizimlə istədiyiniz an əlaqə saxlaya bilərsiniz – adətən RAL kataloqu üzrə bütün rənglər təqdim oluna bilir.

Məsləhətçilik:
Məqsədə ən uyğun məsləhətçilik bizim üçün çox mühümdür. Siz arzuladığınız yük avtobilini onlayn seçib, əlaqə formasını bir düymə ilə bizə göndərdikdən sonra ən qısa müddətdə arzularınızın şəxsi avtomobilə ilə bağlü bütün məlumatları əldə edirsiniz. Öncədən quraşdırılmış avtomobilinizin detallarını yaxınlıqdakı satış təmsilçilərinizlə birlikdə dəqiqləşdirə bilərsiniz.