MAN Orijinal ehtiyat hissələri

MAN Orijinal ehtiyat hissələri

MAN Orijinal ehtiyat hissələri hər zaman ilkin seçimdir.

MAN-a qərar verən əla keyfiyyəti seçər. Ehtiyat hissələrindən söhbət gedəndə, niyə daha azına razı olasınız? MAN Orijinal ehtiyat hissələri sizə ən yaxşı keyfiyyətlə səfər etmək zəmanəti verir. Onlar MAN direktivlərinə əsasən hazırlanıb və bizim ciddi keyfiyyət standartlarımıza uyğunluğu diqqətlə yoxlanıb və yüksək etibarlılığı, qənaətcilliyi ilə insanı cəlbedir. Bundan əlavə, beynəlxalq etibarlı 2 il zəmanətə sahibdirlər. Bu, etibar edilə bilən keyfiyyətdir.

Ehtiyat hissələrinin logistikası tam zamanında.

Qəza halları zamanı qeyri fəaliyyət müddətini mümkün qədər azaltmaq üçün MAN Servis məntəqələrində köhnə modellər və xüsusi avtomobillər üçün hissələr də daxil olmaqla təxminən 8000 ədəd orijinal ehtiyat hissəsi hazır saxlanır. Çatışmayan hissələrin 95%-i MAN tərəfindən quraşdırılan Avropa Loqistika Mərkəzləri (ELC) üzərindən ən tez şəkildə bir gecədə təmirxanaya tədarük edilir. Siz optimallaşdırılmış loqistika prosesləri sayəsində yaxşılaşdırılmış sifariş qəbulu, tədarük müddəti və eləcə də təmirxanalarda daha qısa təmir müddətindən yararlanacaqsınız.

Onların üstünlükləri:

  • Ən yeni texnikaya müvafiq MAN Orijinal ehtiyat hissələri
  • Son texnologiya vasitəsilə MAN keyfiyyəti
  • Orijinal ehtiyat hissələrinin beynəlxalq qüvvəyə malik zəmanəti
  • Bütün MAN nəqliyyat vasitələri üçün hissələr barəsində qabaqcadan konsaltinq xidməti – hətta daha köhnə modellər və xüsusi avtomobillər üçün.
  • Avropa Loqistika Mərkəzi üzərindən bir gecədə hissə tədarükü


MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN servis və ehtiyat hissələrinə 2 il zəmanət

MAN Truck & Bus SE-nin iki illik zəmanəti 20171 tarixindən etibarən quraşdırılmış MAN orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləavzimatları daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir. Əlavə məlumatı bizim ümumi kommersiya qaydalarından əldə edə bilərsiniz.

Flayeri yüklə

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın özünün servis müəssisələri və iştirak edən partnyorlar.