Texnologiya və Bacarıq

MAN EfficientCruise®

GPS ilə dəstəklənən kruiz kontrol

MAN EfficientCruise®yeni nəsli

GPS ilə dəstəklənən MAN EfficientCruise® kruiz kontrol sistemi, yolun üç kilometrədək uzunluqda olan eniş və yoxuşlu hissələrini öncədən müəyyən etmək iqtidarındadır. Bununla da o, daim sürət səviyyəsini, eləcə də sürəti daha qənaətcil yürüş həddinə uyğunlaşdıra bilir. Geriyə hərəkət ötürmələri – məqsədəuyğun olduqda – bloklanır.

MAN EfficientCruise® iki mövqeli açar

MAN EfficientCruise® yeni nəsli daha “uzaqgörən” yürüşü təmin etmək iqtidarındadır. Daha rəvan və qənaətcil təyinatlı ötürücünün seçilməsi nəinki maşının çəkmə gücündə fasilələrin yaranmasını əngəlləyir, həmçinin sürücüyə daha harmonik yürüş təəssüratı verir. Sürücü sadəcə arzu etdiyi sürəti seçməklə, dörd mümkün sürət səviyyəsindən birini seçir (ECO Level I – IIII). I səviyyə ən aşağı sürət həddidir, IIII isə ən yüksək. Sonuncu sürət səviyyəsi yanacağa maksimum qənaəti təmin etməklə avtomagistrallarda və torpaq yollarda daha qısamüddətli yürüşlər üçün idealdır. İki mövqeli açar vasitəsilə ECO səviyyəsi istənilən vaxt yürüş zamanı cari yürüş mövqeyinə müvafiq dəyişdirilə bilər.

MAN EfficientRoll ‒ situativ aktivetmə vasitəsilə ağıllı diyirlənmə sistemi

İnnovativ texnologiya sayəsində diyirlənmə artıq GPS-ön baxış vasitəsilə intellektual formada idarə olunur. MAN burada, yanacağa qənaəti bir daha əhəmiyyətli dərəcədə artırmaq potensialına sahibdir. Hətta yüngün enişli yollarda belə sürət qutusu avtomatik olaraq “N” – neytral pozisiyaya keçir – təbii ki, əgər yanacağa həqiqətən qənaət etmək mümkündürsə. Sonra yenidən sürət yığılır və beləcə avtomobil sürət qutusu ilə ötürməkdən daha az sürət itirir. Ağıllı aktıvetmə sayəsində sürət qutusuna daha az və daha səmərəli müraciət edilir.

İnnovativ MAN texnologiyası – sürücü və ətraf mühit üçün daha çox səmərə

MAN EfficientCruise® yeni nəsli, sahib olduğu MAN EfficientRoll kombinasiyası sayəsində, özündən öncəki nəsillərinə nisbətən, yanacağa daha artıq qənət edir və bununla da yollarda ətraf mühitin qayğısına qalır. Kruiz kontrol sisteminin yüngül müdaxiləsi ilə, sürücünün komfort faktoru həddən ziyadə artır və onun üzərinə düşən yük ən optimal şəkildə azaldılır. Beləcə, sürücü gələcəkdə daha komfortlu yürüş əldə edəcək və demək olar ki, vaxt itkisi olmadan diqqətini bütünlüklə yola sərf edə biləcək.