Texnologiya və Bacarıq

MAN HydroDrive®

MAN HydroDrive®

Bütün nəqliyyat şirkətləri üçün, təhlükəsiz və vaxtında çatmaq əsasdır – yolun vəziyyəti pis olsa da. Ənənəvi arxa ötürücülü və klassik bütün ötürücülü idarəetmə arasında MAN müvəqqəti olaraq yolsuzluq rejimində səfərə ehtiyac duyulduqda nəqliyyat vasitələrində daha çox dartma qüvvəsi təmin edən innovativ, hidrostatik və ön ox ötürücülü HydroDrive® sistemini təklif edir. MAN, bazarda həm manual ötürücü, həm də avtomatik ötürücülu nəqliyyat vasitələri üçün HydroDrive® sistemini təmin edən yeganə istehsalçıdır.

Ənənəvi bütün ötürücülü nəqliyyat vasitəsi ilə müqayisədə, HydroDrive® sistemi 750 kiloqrama qədər yüngüldür və daha az yanacaq sərf edir. Buna əlavə olaraq, güclü ön oxlar da qışda nəzərə alınmalı ən vacib təhlükəsizlik aspekti olan əlavə idarəetməni təchiz edir.

Daha artıq dartma gücü tələb olunarsa sürücü özü ya avtomatik olaraq HydroDrive® sistemi və ya sistemə manual olaraq müdaxiləyə qərar verir.



Ani Yarana Bilən Dartma Qüvvəsi

MAN HydroDrive®, nadir yolsuzluq sürüşlərində və qabaq oxlarda əlavə dartma qüvvəsi ehtiyac duyulan vəziyyətlərdə mükəmməl ötürücüdür. MAN HydroDrive®-la olan nəqliyyat vasitələri əsasən mövcud olan funksiyalar baxımından istifadə dairəsini genişləndirmək üçün hidrostatik ön ötürücüsü ilə təchiz olunmuş yol nəqliyyat vasitələridir.

MAN HydroDrive®-a keçilə biləcəyi tipik yol vəziyyətləri nümunələri aşağıdakılardır:

  • Yol işləri və daxili yollar kimi qrunt yollar
  • Palçıq, buz və qar kimi sürüşkən yollar
  • Dağlıq ərazilərlə olan marşrutlar

MAN HydroDrive® displayi
Mərkəzi ekranda MAN HydroDrive® displeyi

MAN HydroDrive® üçün fırlanan açar
MAN HydroDrive® üçün fırlanan açar

MAN HydroDrive®

Hidrostatik ön ötürücü, həmçinin nəqliyyat vasitəsi hərəkət edən zamanda da kontrol düyməsi ilə qoşula bilər. Sürət 28 km/s-dan artıq olarsa bu ötürmə avtomatik olaraq sönür. Sürət 23 km/s altına enərsə, o yenidən avtomatik olaraq aktivləşir. Əgər MAN HydroDrive® aktivdirsə, avtomobilin ekranında indikator lampası yanır.

MAN HydroDrive®-la, sürət qutusunun çıxışındakı hidronasos ön oxlardakı təkər mexanizm çarxını təchiz edir. Bu sadə və bacarıqlı, güclü və xidmət oluna bilən texnologiya, ənənəvi arxa ötürücülərlə yanacaq sərfiyyatında və sürtünmədə çox müsbət müqayisə olunur və klassik bütün ötürücülərdən artıq silsilə üstünlüklər təklif edir. Hidrostatik təkər ötürücüləri olan yerdə klassik bütün ötürücünün xüsusiyyəti olan paylayıcı sürət qutusuna ehtiyac yoxdur. Əlavə olaraq, MAN HydroDrive®-la ancaq arxa ötürücülər yol nəqliyyatında hesaba alınır və hidronasoslar, təkər motorları tərəfindən heç bir sürtünmə əmələ gəlmir. Klassik tam ötürücülərdə isə, ön ötürücücünün transmissiya elementləri, sönülü olsalar belə işləməyə davam edir.

MAN HydroDrive®-in üstünlükləri:

  • Daha əlverişli yanacaq sərfiyyatı
  • Klassik tam ötürücülərlə müqayisədə təxminən 750 kq daha səmərəli
  • Hündür modellər tələb olunmur; ümumi hündürlük və ağırlıq mərkəzi qorunub saxlanılır
  • Təkmilləşdirilmiş dartma qüvvəsi, qrunt yollarda və qış mövsümü yol vəziyyətlərində yan stabilliyə görə daha çox idarəetmə təhlükəsizliyi
  • Ön oxa yüklənən hərəkətdə mühərrik əyləc təsirinin ön oxa transfer edilməsi əyləc qüvvələrinin daha mükəmməl paylanmasına şərait yaradır