Texnologiya və Bacarıq

Məsafə tənzimləyici Tempomat ACC Stop & Go

Məsafə tənzimləyici Tempomat ACC (Adaptive Cruise Control) avtomatik olaraq yük avtomobilinin sürətini və qarşıda hərəkət edən avtomobillə arasındakı məsafəni tənzimləyir. Sürücünün yükünü azaltmaq və hərəkət təhlükəsizliyini artırmaq üçün.

Məsafə tənzimləyici Tempomat

Qarşıda hərəkət edən maşınla toqquşmanın qarşısının alınması

Xüsusilə sıra ilə hərəkət edən maşınlar və geniş şosselərdə çox vaxt sürət və qarşıdakı maşınla məsafə düzgün ayarlanmır. Məsafə tənzimləyici Tempomat ACC ehtiyac olduqda tez əyləci basır və sabit ara məsafəsi saxlayır. Beləliklə, qarşıda hərəkət edən maşınla toqquşmaya səbəb olan fövqəladə əyləc situasiyaların yayınmaq mümkün olur. Yeni Stop-and-Go funksiyası şəhəriçi nəqliyyatda və tıxaclarda avtomatik saxlama və hərəkət etmə vasitəsilə sürücünün yükünü azaldır.

Radar və kamera – maksimal etibarlıqlı üçün iki sensor sistemi

Məsafə tənzimləyici Tempomat ACC bir-birindən asılı olmayan iki sensor sistemi ilə işləyir – radar və kamera. Radar sensoru qarşıda hərəkət edən avtomobilləri görür və onların yük maşınına nisbətən sürətini, məsafəsini və mövqeyini hesablayır. Qabaq şüşədə olan kameranın obyekti təyin etmə xüsusiyyəti var və əlavə olaraq hərəkət hissəsinin nişanlanmasını başa düşür. Beləliklə, mürəkkəb küçə hərəkətləri, pis hava şəraiti və ya qaranlıq zamanı da qarşıdakı avtomobil dəqiqliklə və etibarlılıqla tanına bilir.

Yüksək istifadə rahatlığı

Çoxfunksiyalı sükan vasitəsilə sürücü çox sadə şəkildə arzu etdiyi sürəti təyin edə bilir. Bu sürət pedala basmadan belə saxlanılır. Əlavə olaraq, sürücü qarşıda hərəkət edən avtomobillə arasındakı məsafəni dörd mərhələdə tənzimləyə bilər. Sərbəst sürüş zamanı avtomobil sürəti təyin olunmuş arzu edilən həddə qədər artırır. ACC sistemi qarşıda daha asta hərəkət edən avtomobillər aşkar etdiyi zaman sürət və məsafə avtomatik olaraq buna uyğunlaşdırılır.



Funksiyanın genişləndirilməsi: Stop-and-Go

Məsafə tənzimləyici Tempomat ACC-nin yeni Stop-and-Go funksiyası ilə genişləndirilməsi indi tıxacda və ya şəhəriçi sürüş zamanı belə onu tətbiq etməyə imkan verir. Hərəkət dayandıqda, yük maşını özü Stop-and-Go funksiyasının yardımı ilə əyləci basır və iki saniyədən də kiçik dayanmalar zamanı özü avtomatik hərəkət edir. İki saniyədən uzun müddətli dayanma zamanı əyləc avtomatik saxlanılır. Sonra hərəkət qaz pedalının basılması, yaxud çoxfunksiyalı sükanın üzərindəki düymə vasitəsilə başlanır. Bu vasitə ilə sürücünün işi gələcəkdə cansıxıcı surətdə uzanan hərəkətlər zamanı da asanlaşmış olur. Tıxaclarən öhdəsindən yorğunluq olmadan gəlmək və qarşıdakı avtomobillərlə toqquşmanın qarşısını almaq olar.