Texnologiya və Bacarıq

Davamlı Amortizasiya Kontrolu (CDC)

Bütün Hallarda Ağıllı Amortizasiya

Davamlı Amortizasiya Kontrolu (CDC) nəqliyyat vasitəsinin yükünə, tormozlama və sürətlənmə zamanı dağlarda və döngələrdə yol səthinə uyğun olaraq amortizatorların lazımi gücünü hesablayır.

Sistemin beyni olan idarəetmə cihazı amortizatorlarda yağın axın sürətini təyin etmək üçün elektromaqnit surətdə proporsional dəyəri tənzimləyir. Klapandakı təzyiq yüksəldikdə, amortizatordakı axın azalar. Eləcə yağ daha yavaş axır və amortizasiya "çətinləşir". Sistem hər 25 milli saniyədə amortizasiya gücünü hesablayır və tənzimləyir və beləliklə davamlı olaraq bütün idarə vəziyyətini müşahidə edir.

Nəqliyyat vasitəsindəki yüksəklik və təzyiq sensorları hesablamalar üçün məlumatı təmin edir. CAN Bus, həmçinin, amortizasiya idarə sistemini məlumatla təmin edir: yol sürəti, yavaşlama və ya sürətlənmə siqnalları, yan sürətlənmə və təkər sürəti hamısı dəqiq hesablamalara daxil edilmişdir. CDC sistemi normal şəraitin əsas amortizasiya gücünü milli saniyə dəqiqliyi ilə yeni şəraitə görə tənzimləyər.

Normal amortizasiya gücü, sürücünün çox rahat keçid edə biləcəyi iki mərhələdə fərqli ola bilər. Dinamik stabilizasiyanın əlavə faydaları var: CDC şin sürtünməsini azaldır və yolu qoruyur.



Yüksək Təhlükəsizlik Daha Ucuz Siğorta Deməkdir

CDC, əyləc məsafəsini qısaltmağa, sükanın birbaşa qaydada reaksiya verməsinə xidmət edir və bu üsulla nəqliyyat vasitəsini daha rahat və asan idarə edilə bilən edir. Hətta, ən ciddi vəziyyətlərdə belə o, sürücüyə tam kontrolda qalmağa kömək edir. CDC, yük avtomobillərində yüksək səviyyəli təhlükəsizliyə zəmanət verir.

Bir çox sığorta şirkətləri bu sistemin faydalarından o qədər əmindirlər ki, onlar daha ucuz sığortalar təklif etmək istəyirlər. Xüsusilə, yüklər və ağırlıq mərkəzi tez tez fərqlənən yük avtomobillərində, nəqliyyat vasitəsinin stabilizasiyası sabitlik, döngə və təhlükəsizlik üçün real faydadır. Yük və nəqliyyat vasitəsi qorunur, komponentlərin xidmət müddəti nəzərə çarpan dərəcədə artırılır və qəza riskləri əhəmiyyətli dərəcədə azalır.