Texnologiya və Bacarıq

MAN BrakeMatic

Bütün TG seriyasında suveren əyləc davranışı, ağıllı MAN BrakeMatic, EBS elektron əyləc sistemi, ABS anti blok sistemi və bütün şinlərdə yüksək performanslı əyləc diskləri və ya yük avtomobillərindəki AP oxlu baraban əyləclərilə təmin olunur. Bu sistemlər sayəsində TG nəqliyyat vasitələri tormozlama məsafələrində ciddi metrlər qazanır və bütün yol istifadəçilərinə təhlükəsizlik əlavə edir.

MAN EVB

MAN EVB (İşlənmiş Qaz Klapanlı Əyləc) güclü və sürtülməyən tormozlamaya imkan yaradır və yüksək sürətlərdə 290 kW-ə qədər əyləc gücü qazandıraraq enişli yollarda kontrollu idarəetməni təmin edir. Mühərrik əyləcinin təsiri çıxış klapanlarının qısa müddətlə açılması ilə artdırılır. Təzyiqi tənzimlənməsi MAN EVBec əyləci ayrı bir təkmilləşdirici inkişafdır. Bu daha aşağı dövrlər saylarında belə daha çox tormozlama anının mövcud olmasını mümkün edir.

MAN EVBec

EVBec davamlı dəyişkən əyləc səmərəliliyinə imkan yaratmaq üçün normal EVB funksiyasını genişləndirir. Bunun üçün, işlənmiş qaz borusunda qarşı gələn təzyiq mühərrikin əyləc qapanı ilə tənzimlənir. Mühərrikin hava ilə idarəedilən əyləc qapanı işlənmiş qaz borusunu arzu olunan əyləc hasilatından asılı olaraq qısa proseslə bağlayır, beləliklə silindrlər üçün tələb olunan işlənmiş qaz təzyiqi əmələ gəlir. Nəqliyyat vasitəsi idarə kompüteri (FFR) bir sensordan hazırki intensiv arxa-təzyiqi ölçür və servo-silindrin təzyiqə müvafiq hərəkətə gətirildiyinə əmin olmaq üçün proporsional ventili istifadə edir. Davamlı aktiv əyləc sisteminin pilləli aktivasiyası imkan yaradır. Beləcə idarə zamanı tormozlanmanın sakit və səlis nəticələnməsi və dəqiq miqdarda olmasına imkan yaranır.

Güclü mühərrik əyləci EVBec və sulu retarder MAN PriTarder®-in kombinasiyası, səmərəli və iqtisadi əyləc sistemi kimi özünü sübut edər: Normal retarderlərdən fərqli olaraq sulu retarder birbaşa soyutma dövrünün suyu ilə işləyir.

MAN PriTarder®, intarder kimi MAN BrakeMatic sisteminin fasiləsiz əyləc nəzarəti ilə birləşdirilmişdir: sürət dəyişəndə/ilişməyə basanda işçi əyləci aktivləşdirilir ki, sürət dəyişdirmə proseslərində əyləc gücündə kesilmə əmələ gəlməsin.