Tikinti meydançasında MAN TGL – ümumi baxış

Tikinti nəqliyyatında səmərəlilik və güc – MAN TGL

Tikinti nəqliyyatında səmərəlilik və güc – MAN TGL

Güclü mühərriklər, möhkəm şassi, böyük yükgötürmə qabiliyyəti: Güclü mühərrikləri, möhkəm şassi, yüksək yükgötürmə qabiliyyəti: MAN TGL sərbəst hərəkət dinamikası, asan idarəetmə və böyük manevr qabiliyyəti ilə önə çıxır. Bu xüsusiyyətlərlə o, nəqliyyat sektorunda gündəlik problemləri asanlıqla həll edir. MAN TGL modeli, kommunal istifadə, sənətkarlıq və ticarət işlərində işlədilmək üçün çoxtərəfli bir yük avtomobilidir.

MAN TGL səmərəli Common Rail mühərrikləri ilə təchiz olunub. İstəyə görə MAN TipMatic®-ötürücüsünün yeni versiyası da mövcuddur. Bu kombinasiya ilə səmərəlilik və yük daşıma qabiliyyəti artar. Işlənmiş qaz resirkulyasiyası, SCR və dizel hissəcik filtrinin birləşməsi vasitəsilə MAN TGL modeli Avro 6 emissiya normalarına asanlıqla uyğunlaşır. İşlənmiş qaz təmizləmə komponentləri MAN yük avtomobillərdə illərdən bəri uğurla işlədilir.

Yolda da rahatlıq və təhlükəsizliyin əskik olmaması üçün, tikinti nəqliyyatına görə nəzərdə tutulmuş bu çoxtərəfli yük avtomobili erqonomik təchizatlı bir kabinəyə və bir sıra ağıllı təhlükəsizlik sistemlərinə malikdir. 7,5 – 12-tonluq yük avtomobillərin tikinti nəqliyyatınızda təklif edə bildiyi üstünlükləri ilə tanış olun.

Hamısını açHamısını bağla