Tikinti meydançasında MAN TGL – texniki göstəricilər

Mühərrik

Yeni MAN TGL – yük maşını mühərriklərinin texniki göstəriciləri

Yoxlanmış mühərrik texnikası, təkmilləşdirilmiş komponentlər və mükəmməl şəkildə uyğunlaşdırılmış texnologiyalar: Güclü fırlanma anına malik altı silindrli MAN mühərrikləri yanacaq səmərəliliyi barəsində yeni standartlar müəyyənləşdirir və çox aşağı AdBlue® sərfiyyatına malikdir. CRT filtr sistemli və SCR katalizatorlu işlənmiş qaz səsboğucusu yığcam dizayn sayəsində çərçivənin yan tərəfində qurğular üçün kifayət qədər geniş yer saxlayır.
Kran dəstək ayaqları üçün uyğun boşluqlu bir səsboğucu mövqeyi təmin edilə bilər. Yolsuzluq şəraitində istifadədə toz qaldırmamaq üçün bütün seriyalarda üçün yuxarı qaldırılmış işlənmiş qaz borulu dizayn mövcuddur.

Dörd və altı silindrin gücü

Yeni D08 mühərrikləri ilə MAN sınaqan çıxarılmış bir konsepsiya yaradır. Müasir Common Rail mühərriklərinin Avro 6 normasındakı münasib fırlatma anı seçilmiş mühərrikdən asılı olmayaraq səmərəli və ötürmənin az dəyişdirilməli olduğu hamar bir sürüş tərzinə imkan yaradır. MAN TGL seriyasında dördsilindrli mühərriklər altı-sürətli bir MAN TipMatic®, altısilindirlilər isə, oniki-sürətli bir MAN TipMatic® ilə kombinasiya olunur. Bundan əlavə, asanlıqla dəyişdirilə bilən altı və doqquz sürətli mexaniki sürət qutuları mövcuddur.

  İşçi həcmi
D0834 CR 4,5 l
110 kV (150 A.G), 570 Nm  
132 kV (180 A.G), 700 Nm  
162 kV (220 A.G), 850 Nm  
D0836 CR 6,9 l
184 kV (250 A.G), 1.000 Nm  

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və rahat yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Yükünüzü daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN TGL üçün tətbiq olunacaq tikintidə mövcud olan sistemlər:

Çoxfunksiyalı Sükan Çarxı

Elektroniki stabilizasiya proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Fövqəladə halda əyləc köməkçisi (EBA)

MAN BrakeMatic®