Tikinti meydançasında MAN TGM – texniki göstəricilər

Mühərrik

Yeni MAN TGM – yük maşını mühərriklərinin texniki göstəriciləri

Yoxlanmış mühərrik texnikası, təkmilləşdirilmiş komponentlər və mükəmməl şəkildə uyğunlaşdırılmış texnologiyalar: Güclü fırlanma anına malik altı silindrli MAN mühərrikləri yanacaq səmərəliliyi barəsində yeni standartlar müəyyənləşdirir və çox aşağı AdBlue® sərfiyyatına malikdir. CRT filtr sistemli və SCR katalizatorlu işlənmiş qaz səsboğucusu yığcam dizayn sayəsində çərçivənin yan tərəfində qurğular üçün kifayət qədər geniş yer saxlayır. Kran dəstək ayaqları üçün uyğun boşluqlu bir səsboğucu mövqeyi təmin edilə bilər. Yolsuzluq şəraitində istifadədə toz qaldırmamaq üçün bütün seriyalarda üçün yuxarı qaldırılmış işlənmiş qaz borulu dizayn mövcuddur.

Altısilindrli güc

Yeni D08 mühərrikləri ilə MAN sınaqan çıxarılmış bir konsepsiya yaradır. Müasir Common Rail mühərriklərinin Avro 6 normasındakı dinamik fırlatma anı seçilmiş mühərrikdən asılı olmayaraq səmərəli və ötürmənin az dəyişdirilməli olduğu hamar bir sürüş tərzinə imkan yaradır. MAN TGM-ni 184 kV (250 A.G) – 251 kV (340 A.G) arasında bir güc spektrinəmalik altısilindrli mühərriklər ötürür. Hər sürət intervalında suveren dartma gücü üçün.

  İşçi həcmi
D0836 CR 6,9 l
184 kV (250 A.G), 1.000 Nm  
213 kV (290 A.G), 1.150 Nm  
251 kV (340 A.G), 1.250 Nm  

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və rahat yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Yükünüzü daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN TGM üçün tətbiq olunacaq tikintidə mövcud olan sistemlər:

Çoxfunksiyalı Sükan Çarxı

Elektroniki stabilizasiya proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Fövqəladə halda əyləc köməkçisi (EBA)

MAN BrakeMatic®