İnşaat yerində yeni MAN TGX – ağır yük daşıyıcı

250 tonadək ümumi yedək çəkisinə malik olan güc aqreqatı

Ağır yüklərin daşınması MAN TGX D38 üçün öncədən təyin edilmiş tətbiq sahəsidir. Burada 640 A.G-dək maksimal güc mövcuddur.

Dördoxlu MAN TGX 41.640 8x4/4, D38 mühərrikini və MAN TipMatic® sürət qutusunu standart avadanlıq olan transformator ötürücü muftası ilə kombinasiya edir. Pəhləvan kimi güclü 3.000 Nm fırlanma momenti sayəsində hətta 250 ton ağırlığında yüklər də rəvan və güclü şəkildə hərəkətə keçir. Transformator ötürücü muftası, avtomobilin yerimə imkanı məhdud olan yerlərdə, yoxuşlarda və böyük yüklərlə xüsusi həssaslıqla manevr etməsinə imkan yaradır. Bundan əlavə, sürətli dəyişmə alqoritmi sayəsində yanacaq sərfiyyatı da azalır.

Ağır yüklərdə tətbiq edilmək üçün yeni hazırlanmış, ən güclü mühərrik əyləci olan EVBec nəzərdə tutulub: Mühərrik əyləci rejimində o, stabil 630 kV faydalı gücə nail olur. Sürət qutusuna bağlı Intarder ilə birlikdə cəmi əyləc gücü 900 kV-dır.

Kabinələrdə bütün geniş seçim imkanları var: XL, XLX və XXL. Hərəkətə gətirilən cüt oxlu aqreqat vərəqli və pnevmatiki ressorlarla təmin oluna bilər. Pnevmatik ressorlu arxa oxlu versiya ballast avtomobili kimi də istismar edilə bilər.

Yeni MAN TGX D38 haqqında daha geniş məlumatı ala bilərsiniz buradan.

90 tonadək tətbiq sahəsi

90 tonadək ümumi yedək çəkisi olan tətbiq sahəsində MAN əla alternativlər təklif edir: 4x2 ötürməli MAN TGX-dən, yuxarı qalxa bilən ön ya arxa aparmayan oxlu 6x2 ötürməli TGX üzərindən, 6x4 ötürməli iki aparılan oxlu güclü üçoxlu avtomobilə qədər.