Tikinti meydançasında MAN TGX – ümumi baxış

MAN TGX – dartma nəqliyyatı üçün optimal həll

MAN TGX – dartma nəqliyyatı üçün optimal həll

Ən yüksək daşıma qabiliyyəti, çəkmə gücü və yolsuzluq şəraitində yürüş qabiliyyəti: Yeni MAN TGX, dartma nəqliyyatı üçün məhz düzgün ötürmə konsepsiyasını təklif edir. İstər 4x4 HydroDrive variantı, yaxud da 6x4/8x4 olsun – fərq etməz – bu güc paketinə həmişə etibar edə bilərsiniz. 471 kV-dək (640 A.G) mühərrik gücləri ilə TGX yanacağa maksimum qənaət etməklə misilsiz səmərəlilik əldə edir. Belə ki, 41 tonluq maksimum cəmi çəkiyə görə nəzərdə tutulmuş ağır xidmətli yük avtomobili ən böyük yük daşıma qabiliyyətinə malikdir. Geniş kuzov qurğusu spektri sayəsində, MAN TGX digər amillər baxımından da tikinti sahəsində istismar üçün yəqin ki ən səmərəli böyük alternativdir.

Həmçinin ən çətin ərazidə belə yeni TGX modeli özünü isbat edə bilir. Zira yol örtüyünün qurtardığı yerdə, əlavə qoşula bilən hidrostatiki ön ox ötürməsi MAN HydroDrive® və ya cüt arxa ox aparması əla dartma gücü təmin edir. Beləliklə MAN TGX, dartma gücünün zəruri olduğu sürücülük vəziyyətlərinin öhdəsindən suveren bir şəkildə gələr və yalnız arxa oxu aparılan yük avtomobillərinin keçə bilmədiyi yerlərdən uğurla keçər. Bundan əlavə, çoxsaylı innovativ texnologiyalar lazımı təhlükəsizliyi təmin edir.

Yenə də sürücü dincəlməsə və işinə cəmləşməsə, ən yaxşı texnika kömək etməz. Komfortlu MAN kabinələri, sürücülərin rahatlıqla bütün problemlərin öhdəsindən gəlmələri üçün töhfəsini verir.

Siz də yeni MAN TGX-in möhkəm yolsuzluq xüsusiyyətlərini kəşf edin və ondan, bütün tikinti yerlərinizdə əsas köməkçi vasitə kimi istifadə edin.

Hamısını açHamısını bağla