MAN TGL – Çevik

MAN TGL şəhər nəqliyyatında sürücünün yanında

Üstünlükləriniz

  • Maksimal yüklənmə və yüksək yük qaldırma qabiliyyəti
  • Səmərəli D08 mühərriki
  • Təcrübə yönümlü sürücü yeri və istirahət sahəsi
  • Mükəmməl manevr və maksimal güvənlik

Bizimlə əlaqə saxlayın Yük avtomobili konfiquratoruna

MAN TGL – Etibarlı sürüş dinamikası üçün

Hər istifadədə mükəmməl manevrlik: Hər istifadədə mükəmməl manevrlik: Maksimum faydalı yüklənmə, yüksək yük imkanları və yanacaq sərfiyyatının aşağı olması bizim MAN TGL yük maşınlarımızı əsl universal vasitəyə çevirir ki, bununla o həm kommunal istifadə zamanı, həm tikinti, həm də klassik daşıma zamanı mükəmməl vaitəyə çevrilir. Sizin tələblərinizin nə olmasından asılı olmayaraq, bizim MAN TGL sizin ehtiyaclarınıza tam uyğun olacaq.

Qısa çarx boşluğu səbəbindən MAN TGL çox çevikliklə manevr edə bilir. Ağır tikinti sahələrinə və xüsusilə sıx şəhər daxili nəqliyyata cavab verən xüsusiyyətlər. Və əlavə olaraq yüngül D08 mühərriki seriyası ilə yanacağa da qənaət edin. Bu qismən onun strukturunun kompaktlığı və komponentlərinin az sayda olması ilə izah olunur ki, bu da onu xidmətə daha yararlı edir. Bizim MAN TGL ilə ən yaxşı dinamik sürüşdən zövq alın.

MAN TGL-nın tətbiq seqmentləri

Mühərrik və Ötürücü

Mühərrik: Avro 6 ilə D0834, 118–162 kVt, MAN D08 mühərrikləri

118–162kVt

Avro 6 ilə D0834 MAN TGL mühərriki

Daha az dəyər ilə əldə olunur: MAN D08 mühərrik nəsli. Yanacaq sərfiyyatını 5% azalmasına baxmayaraq, əvvəlki nəsil ilə müqayisədə o yolda A.G-nü və hərəkət anını artırır. Sirr: Vacib əşyalara kimi ixtisar. Sərf olunmuş qazın təmizlənməsi və soyudulması prosesinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi sayəsində mühərrik daha yüngüldür, qarışıq deyildir və onu saxlamaq daha rahatdır. Daha bir üstünlüyü: D08 mühərriki eyni zamanda ekoloji baxımdan təmiz biodizel ilə doldurula bilər ki, bu da onun ətraf mühiti çirkləndirməsinin qarşısını əhəmiyyətli dərəcədə alır. Möhkəm plastikdən olan yağ karteri kimi çəkisi azadılmış komponentlərdən istifadə də həmçinin sizin üçün MAN TGL yük maşınlarının daha çox yüklənmə imkanlarını artırır. Biz zəmanət veririk ki, bizim MAN D08-mühərriklərimiz ilə siz heç vaxt mühərrik ilə bağlı problem yaşamayacaqsınız.

Mühərrik: Avro 6 ilə D0836,184–235 kVt, MAN D08 mühərrikləri

184kVt

Avro 6 ilə D0836 MAN TGL mühərriki

Güclü həcm, sadələşdirilmiş konstruksiya: Kapotun altında yeni nəsil MAN D08 mühərrikinin 250 A.G (MAN TGL) olan 6-silindrli variantı. Bu mühərriklərin yeni idarə və tullantı konsepsiyası enerjinin optimal ötürülməsini, daha yüksək effektivliyi və ən yüksək rentabelliyi təmin edir. Bu yük maşınlarının çəkisinin daha az olması sayəsində, sizin MAN TGL ilə daha çox yük daşıya bilərsiniz – və sözsüz ki, daha yüngül mühərrik yanacaq sərfiyyatını da əhəmiyyətli dərəcədə azaldacaq. Beləliklə, siz qıcıqlandırıcı təmirə daha çox vaxt sərf etməyəcəksiniz, bizim az sayda komponentləri olan MAN D08 mühərrikimiz fasiləsiz işdə davamlı işləyir. Effektiv, güclü və sadə texniki qulluğa malik – MAN D08 mühərrik nəsli.

MAN TipMatic® 12-pilləli ötürücü mexanizm

MAN TipMatic®

Ötürücünün keçirilməsi zəmanəti ilə ağıllı ötürmə.

Bizim əlavə MAN TipMatic® ötürücümüzdə maksimum yol komfortuna və xərclərin effektiv azaldılmasına rast gəlmək olar. On iki sürət versiyasında SpeedShifting ötürücüsü sizin MAN TGL maşınınızın dərəcələrin öhdəsindən daha yaxşı gəlməsinə imkan verərək, üç ən yüksək ötürücü arasında cəld dəyişməyə qadirdir. Hətta əyləcli vəziyyətlərdə sərbəst və tez gedişatı təmin etmək üçün sərbəst gediş funksiyalı intellektual ötürmə sistemi çarxların fırlanmasının qarşısını alır. Və Idle Speed Driving ötürmə sistemi ilə siz hətta asta hərəkət zamanı da MAN TGL maşını ilə gözəl və rahat yürüş üçün “səlis” yol qət edə bilərsiniz.

Ətraflı məlumat

Mühərrikləşdirmə Tutum
D0834 mühərriki 4,6 l
118 kVt (160 A.G), 600 Nm  
140 kVt (190 A.G), 750 Nm  
162 kVt (220 A.G), 850 Nm  
D0836 mühərriki 6,9 l
184 kVt (250 A.G), 1050 Nm  
Nəqliyyat vasitəsi növü Asqı Təkərlər arası məsafə Ötürücü mexanizm
Özü çevrilə bilən gövdəli maşın
BB
3050–6700 mm Sinxronizator
Şassi
BL Tonnaj Avtomatik MAN sürət qutusu

  7,5–12 t TipMatic® (əlavə seçim)

Dizayn və sürücü kabinəsi

İnteryer

Hər bir şey görmə əhatəsindədir, hər şey nəzarət altındadır – və hər şey lazım olduğu yerdədir: MAN TGL sükanı arxasında gözəl təchiz olunmuş iş stansiyası sizin biznesinizin ən müasir texnologiyalardan istifadə edərək addımlaması üçün sizi gözləyir. Və yaxşı iş lazımi istirahət tələb etdiyinə görə biz də sizin üçün istirahət zonası təmin etmişik.

MAN TGL yüngül konstruksiyası

MAN TGL-nın əsas xüsusiyyətləri

  • Yeni telematik kart modulu (RIO-Box) sayəsində gələcək şəbəkə
    RIO-Box ilə sizin standart komplektasiya ilə göyərtədə 4.0 logistika dünyasına biletiniz var. O, sizin daşınma prosesinizin effektivliyini tamamilə yeni səviyyəyə kimi qaldıraraq, əlavə dəyər ilə rəqəmsal xidmətli daşınma vasitələri barəsində məlumatları özündə birləşdirir.

  • Optimallaşdırılmış konsepsiya və qənaətcillik
    Sizin gündəlik həyatınızı yüngülləşdirmək üçün kabinədə olan dəyişdiricilər istifadə tezliklərinə uyğun olaraq, quraşdırılır, funksional qruplarda birləşdirilir və müvafiq olaraq istifadə zamanı daha asan anlaşılır. Yüksək həllərə malik yeni rəngli ekran dərhal sizin diqqətinizi cəlb edəcək. Buna görə də sizdə hər zaman yolun görüntüsü olacaq.

  • Məkanın qənaət edilərək optimallaşdırılması
    Bizdə hər bir əşyanın öz yeri var: Mobil cihazlarınızın saxlanması üçün bölmə və elektron portlar ilə yanaşı, sizin sənədləriniz üçün yerlər də yararlıdır. Çox nazik mərkəzi konsol, soyutma və saxlanc üçün qutu rahatlıqla oturacağın altına yerləşdirilə bilər ki, bu da yeni sürücü kabinəsində rahat hərəkətə imkan yaradır.

  • Davamlı interyer
    Optimallaşdırılmış interyerdə isti rənglər yaxşı bir mühit yaradır. Əgər siz tez-tez çirkli işlər üçün səyahət etsəniz, səthlər üçün olan “Urban Concrete” rəngləri düzgün seçimdir. Çirk, toz və ya yağ, önəmli deyil – davamlı materiallar və səthlər hər şeyi əvf edir. Yeni stəkan altlıqları ilə ən pis halda kofe ləkəsi abelə rtıq keçmişdə qaldı.

  • Rahat istirahət zonası
    Dünya gücdən asılıdır – çünki yalnız yaxşı istirahət etmiş sürücü sükan arxasında maksimum rentabellik göstərə bilər. Şəbəkəli haşiyəsi olan yüksək keyfiyyətli çarpayı sakit yuxunu təmin edir, saxlanc üçün geniş aralıq isə baqajınız və şəxsi əşyalarınız üçün yer təmin edir. MAN TGL-da siz yataqda mütailə kimi sevimli vərdişlərinizdən uzaq olmayacaqsınız: Kitab və eynəyin saxlanması üçün bölmə qaz boğazı formasında elastik nizamlanan işıq lampası yeni quruluş kimi əl çatan yerdədir.

Xarici görünüş

Çünki söhbət yalnız daxili mahiyyətdən getmir: Aerodinamik dizayn və düşünülmüş xarici görünüş effektivliyə əhəmiyyətli töhfədir – və sizə daha çox fayda gətirir.

Dinamik dizayn: MAN TGL gecə şəhərin mərkəzində

Dinamik dizayn

Siz həqiqətən də bizim MAN TGL-də gücümüzü və effektivliyimizi görə biləcəksiniz. Öz mükəmməl profili və gözəl fasadı sayəsində o, istər cəngəllikdə, istərsə də binaların arasında çox gözəl görünüşə malikdir.

Yüngül çəkili konstruksiya: Küçədə MAN TGL poçt daşınması

Yüngül çəkili konstruksiya

Hər bir tapşırığın öhdəsindən asanlıqla gəlin: 5730 kq-lıq bizim MAN TGL bazarda olan ən yüngül yük maşınlarından biridir. Təxminən 400 kq faydalı yüklənmə üstünlüyü sayəsində o, sizə ildə təxminən 4000 Avro həcmində əlavə gəlir qazandırır. Və beləliklə, xərclərə qənaətdə tam ağırlıq.

Çərçivəli korpusun konstruksiyası: MAN TGL şassisi

Çərçivəli korpusun konstruksiyası

Yalnız manevrli deyil, həm də dəyişkəndir: MAN TGL korpuslu quruluşu sizə avtomobili tez quraşdırmağa və ya yenidən qurmağa və avtomobili öz konkret tələblərinizə uyğun quraşdırmağa imkan verəcək.

Az yükləmə dayağı: MAN TGL plastik qutularla yüklənir

Az yükləmə dayağı

Çərçivənin hündürlüyü dar olduğuna görə xüsusi az yüklənmə ilə quraşdırmanı təmin edir ki, bu da MAN TGL-i paylanma nəqliyyatı üçün ideal seçimə çevirir. Yüklənmə və boşaltma çox asan olduğundan, gün ərzində daha çox işləyə və günün sonunda daha çox müvəffəqiyyətli ola biləcəksiniz.

MAN TGL-in sürücü kabinələri

Komfort zona daxilində: MAN TGL-nin geniş kabinləri C-, L-, LX-kabinəsi və ya ikiqat kabin olub-olmamasından asılı olmayaraq hər zaman yaxşı atmosferlə təmin olunur.

MAN C kabinə

C-kabinə

Buraya daxil olmaq və çıxmaq xoşunuza gələcək: Alçaq giriş, geniş açılan qapıları və sərnişin tərəfinə rahat giriş yalnız yükləmə və boşaltmağı asanlaşdırır, həmçinin də çox rahatladır.

MAN ikili kabinə

İkili kabinə

Siz birlikdə güclüsünüz: İki nəfərlik kabinədə yeddi nəfər və əllə yardım edən zaman 14 nəfər üçün yer vardır ki bu da öz sinifində ən böyük interyer həcmini təmin edir. Zəngin biznes və ya kommunal istifadə üçün idealdır.

MAN L-kabinə

L-kabinə

Onunla bizim zirək yük maşınımız öz hesabına başa gəlir: Kiçik xarici eni sayəsində, L-kabinəsi ilə hətta məhdud boşluqlarda da mükəmməl manevr edə bilərsiniz. Və çətin dönüş manevrindən sonra bir fasiləyə ehtiyacınız varsa, standart rahat yataq sizi gözləyir.

MAN LX-kabinə

LX-kabinə

Özünü yaxşı hiss etmək üçün iş yeri: Şəbəkəli çərçivəsi olan yüksək keyfiyyətli çarpayı və soyuq köpüklü çox zonalı döşək sizə laylay çalır. Fərqli variantlarda saxlama və ötürmə formaları maksimum qalma keyfiyyəti üçün daha uzun turlar təmin edir. LX-kabinimizə daxil olun, gedin, özünüzü yaxşı hiss edin.

Təhlükəsizlik- və səmərəlilik sistemləri

Icon təhlükəsizlik sistemləri: ACC ilə MAN yük maşını

Təhlükəsizlik- və yardım sistemləri

MAN TGL-də həmişə təhlükəsiz davranırsınız: Çoxsaylı təhlükəsizlik və yardım sistemləri ilə siz lazımi məsafəni saxlayır və təhlükələri yaranmazdan əvvəl görürsünüz.

Təhlükəsizliyiniz bizim üçün vacib olduğundan, təhlükəsizlik və yardım sistemlərimiz sizi təhlükəli vəziyyətlərdə vaxtında xəbərdar edir, belə ki, həmişə düzgün qərar vermək üçün kifayət qədər vaxtınız olur. Və buna görə də hətta tam yüklənmə zamanı da sizi tərpətmədən biz sizə əlavə stabillik veririk. MAN təhlükəsizlik və kömək sistemləri ilə yaxşı yola gedirsiniz.

Icon Səmərəlilik sistemi: Artan qazanc qeydləri

Səmərəlilik sistemləri

Yaranmazdan əvvəl xərclərdən qaçın: Bu, MAN-da bizim məqsədimizdir. Sizin MAN TGL-nı əvvəlkindən daha qənaətcil edən bizim effektivlik sistemimizdən yararlanın.

Siz öz gəlirlərinizi artırır, xərclərinizi isə azaldırsınız: MAN'dan yeni səmərəlilik sistemləri. GPS sistemi ilə təmin olunan MAN EfficientCruise® nəzarətli kruiz kontrolu idarə olunan GPS-sistemli kruiz nəzarəti sizin yanacaq sərfiyyatınızı 6%-ədək azaldacaq və xüsusi perspektiv olmanıza yardım edəcək.

MAN TipMatic® elektron əl transmissiyası ilə növbəti 9%-i əldə edin. Fərqli göstəricilər ilə optimal dəyişmə strategiyasını hesablayır, onu yadda saxlayır və gələcəkdə oxşar sürücülük vəziyyətlərində onu aradan qaldırır.

Bizim intellektual effektivlik sistemləri ilə – qənaətdən zövq alın.

MAN TipMatic®

MAN EfficientCruise® ilə MAN EfficientRoll

Xidmətlər

MAN Xidməti

Ən yaxşı xidmət yaxşıdan daha yaxşıdır. Buradan MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

Ətraflı məlumat

Hələ suallarınız var?

O zaman bizə müraciət edin! Bizim müxtəlif materiallarımızdan da əlavə məlumatlar əldə edə bilərsiniz.